Sizin reklam burada

“Qarabağ”: beşinci dəfə bir qolla

Baxış Sayı:3 591


71. Qarabağ (Ağdam) - Sumqayıt 1:0 (0:0)
12. Şahruddin Məhəmmədəliyev - 5,5
71. Toral Bayramov - 5,5
(30. Abbas Hüseynov, 76) - qiymətsiz
14. Rəşad Sadıqov (k) - 5,5
55. Bədavi Hüseynov - 5,5
5. Maksim Medvedev - 5,0
2. Qara Qarayev - 5,0
8. Miçel - 5,0
(18. İsmayıl İbrahimli, 72) - 4,5
17. Abdulla Zubir - 6,5
19. Filip Ozobiç - 5,0
(27. Kvabena Ovusu, 72) - 4,5
9. Xayme Romero - 5,0
11. Mahir Əmrəli - 5,5
Ehtiyat oyunçular
13. Vaqner da Silva
94. Nicat Mehbalıyev
4. Rahil Məmmədov
7. Araz Abdullayev
21. Hacıağa Hacılı
23. Faysal Rerras
24. Nihad Tamazov
29. Musa Qurbanlı
99. Maqaye Geye
Baş məşqçi: Qurban Qurbanov
Koşandanın ən yaxşısı: Abdulla Zubir

1. Mehdi Cənnətov - 4,0
44. Elvin Cəfərquliyev - 4,5
5. Camaləddin Xocaniyazov - 4,5
4. Şəhriyar Əliyev (k) - 4,5
14. Elvin Bədəlov - 4,5
90. Rəhim Sadıxov - 5,0
18. Süleyman Əhmədov - 4,5
(50. İlqar Qurbanov, 60) - 4,5
10. Əmir Ağayev - 5,0
46. Aleksey İsayev - 5,5
97. Xəyal Nəcəfov - 5,0
(70. Mehdi Şərifi, 68) - 4,5
8. Peyman Babayi - 4,5
(9. Amil Yunanov, 79) - qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
2. Rail Məlikov
6. Vüqar Mustafayev
20. Rüfət Abdullazadə
22. Sərtan Taşqın
28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Aleksey İsayev
Qol: M.Əmrəli, 49 (T.Bayramov).
Vərəqələr: T.Bayramov, 20 (qeyri-idman hərəkəti). Miçel, 41 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 60 (qeyri-idman hərəkəti). A.İsayev, 62 (qeyri-idman hərəkəti). M.Əmrəli, 74 (qeyri-idman hərəkəti). A.Yunanov, 86 (qeyri-idman hərəkəti). Ş.Məhəmmədəliyev, 90+5 (qeyri-idman hərəkəti) - sarı. M.Əmrəli, 90+2 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
23 fevral. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 600 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
"Sumqayıt" matça yaxşı başladı. Hər halda, oyunun əvvəlində iddialı rəqibinə boy göstərən qonaqlar əks-hücumlarda təhlükəli olmağa çalışır və bir çox hallarda bunu bacarırdı. Hətta erkən qol da ola bilərdi, ancaq startda Şahruddin Elvin Cəfərquliyevin çarpaz vuruşunu dəf etməklə buna imkan vermədi.
Tədricən oyunun “ip”ini əlinə alıb "Sumqayıt"ı topsuz qoyan Qurban Qurbanovun komandası ilk real qol şansını 21-ci dəqiqədə yaxaladı. Ancaq Zubir üzbəüz epizoddan topu “çərçivə”yə göndərə bilmədi. 26-cı dəqiqədə isə Xayme Zubirin cinah asmasını başla qapıya göndərsə də, tirə toxunan top üstdən getdi. 32-ci dəqiqədə Peyman uzaqdan zərbə ilə Şahruddini sınağa çəkdi. Bu dəfə də qapıçı inamlı oynadı. 39-cu dəqiqədə isə Şahruddinin həmkarı diqqət mərkəzinə düşdü. Cənnətov Mahirin uzaqdan, qəfil dönərək endirdiyi zərbəyə barmaqlarının ucuyla toxunmaqla qolu əngəllədi.
"Qarabağ" ikinci hissəyə qolla başladı. 49-cu dəqiqədə Toral soldan rəqibin cərimə meydançasına yaxınlaşıb asma etdi ki, müdafiəçi ilə hava mübarizəsindən qalib ayrılan Mahir topu başla tora qovuşdurdu. 64-cü dəqiqədə "Qarabağ" əla kombinasiyanı qola çevirə bilmədi. Meydanın özlərinə aid hissəsindən başlayan beş ötürmədən sonra Xayme qapıçı ilə təkbətək çıxdı. Ancaq ispaniyalı inanılmaz şəkildə topu yandan vurdu. Bu dəqiqələrdə "Sumqayıt"ın işə yaramayan cəhdlərinin fonunda "Qarabağ" meydanda at oynadırdı. Ayxan Abbasov əvəzetmələrlə dönüş yaratmağa çalışsa da, cəhdləri yetərsiz qaldı. 77-ci dəqiqədə Abbasın yaxın məsafədən qüvvətli zərbəsi dirəkdən döndü. 83-cü dəqiqədə meydana sonradan çıxan Kvabena da özünü göstərdi. Onun ilk zərbəsini Cənnətov dəf etdisə, növbəti vuruşunda top cüzi fərqlə aralı keçdi. 88-ci dəqiqədə "Sumqayıt" yaratdığı əlverişli epizodla matçdan xalla ayrıla, "Qarabağ"a şok yaşada bilərdi. Di gəl ki, Rəhim rəqibin sıx müdafiəsindən çıxıb Şahruddinlə üzbəüz qalsa da, topu qapıçının qucağına atdı. Əsas vaxta əlavə olunmuş bölümdə isə maraqlı anlar yaşandı. Meydanın mərkəzinə yaxın bölgədə topu ələ keçirən Kvabena onu Zubirə ötürdü. Yarımmüdafiəçinin qarşısına çıxan ilk rəqib isə ...Mehdi Cənnətov oldu. "Sumqayıt"ın qapıçısı yersiz şəkildə "çərçivə"ni tərk etmişdi. Zubir onu, üstəlik İlqarı da keçib 22-23 metrdən topu boş qapıya göndərsə də, Aleksey özünü çatdırıb real qolu əngələdi. Elə həmin epizodun davamında Mahir ikinci "sarı"nı alıb meydandan qovuldu və beləliklə, qəhrəmandan anti-qəhrəmana çevrildi. O, "Sabah"la oyunu buraxacaq. Sonuncu dəqiqədə isə "Qarabağ"ın qapısı qarşısında gərgin anlar yaşandı. Künc zərbəsindən sonra Şəhriyar qapıçı meydançasında Şahruddinə qarşı kobudluq edib topu ələ keçirmək istədikdə tərəflər əlbəyaxa oldular. Ancaq dərhal araya girən komanda yoldaşları və hakim aranı sakitləşdirdi. Beləliklə, "Qarabağ" cari mövsümdə 5-ci dəfə 3 xalı 1 qolla qazandı.
MİRAĞA

Gözdən qaçmadı
* Hakim təyinatını görüncə təəccübləndik. Rəvan Həmzəzadə Masazırda, Vüqar Həsənli "Tofiq Bəhramov"da olmalı idi. Ya PFL təyinatların yerini səhv salaraq saytda düzgün yazmayıb, ya da təyinatlarda sonradan dəyişiklik olub və bu elan edilməyib.
* Oyunun fasiləsində media otağının qarşısında insident yaşandı. Yanında iki polis olan polkovnik rütbəli zabit media otağına, çox güman, çay içməyə gəldi. Ancaq klubun mühafizə xidmətinin əməkdaşı onları jurnalistlərin olduğu məkana buraxmadı. Polkovnik və yanındakılar onu hədələsələr də, mühafizəçi inadından dönmədi. Beləliklə, asayiş keşikçiləri ordan uzaqlaşmalı oldular. Bir qədər sonra polkovnik klub rəsmisi Asif Əsgərovun iştirakı ilə mühafizəçini "razborka"ya çağırsa da, bu heç nəyi dəyişmədi.
* Mahir Əmrəlinin qırmızı vərəqə alması baş məşqçisi Qurban Qurbanovu özündən çıxardı. O, əvvəlcə ehtiyat hakimə, ardından futbolçusuna kəskin etirazını bildirdi. Oyunun final fiti səslənəndən sonra isə meydanın mərkəzinə qədər gedib baş hakimin özünə şikayətini çatdırdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR