Ölkə çempionatının birinci divizionunda 16-cı tura dünən yekun vurulub. İkinci oyun günündə üç görüş baş tutub. “Turan Tovuz” “Neftçi”nin əvəzedicilərini minimal hesabla məğlub edib. “Sumqayıt-2” isə Gəncə “Kəpəz”ini eyni hesabla üstələyib. "Gənclik şəhəri" təmsilçisi yeganə qolu penaltidən vurub. Nəhayət, "Keşlə-2" son çempion MOİK üzərində inamlı qələbə qazanıb. Paytaxt derbisinin taleyini belə desək, Emin Quliyev təkbaşına həll edib. O, het-trik müəllifi olub.
Birinci divizion
2-ci dövrə, 16-cı tur
21 fevral
Turan Tovuz – Neftçi-2 1:0
Elçin Qasımov, 25.
Sumqayıt-2 – Kəpəz 1:0
Rüfət Abdullazadə, 65-p.
Keşlə-2 – MOİK 3:1
Emin Quliyev, 12; 65; 85 - Fuad Məmmədzadə, 60.
Turun qalan oyunlarının nəticələri: Sabah-2 – Səbail-2 0:1 (Bahadur Həziyev, 10), Qarabağ-2 – Zirə-2 5:0 (Daniel Romero, 32; 56. Elvin Talıbov, 41. Əli Nəcəfli, 76. Kamran Məmmədov, 88).
1. Səbail-2 15 10 4 1 30-9 34
2. Turan Tovuz 15 10 1 4 26-17 31
3. Sabah-2 15 9 1 5 23-17 28
4. Zaqatala 14 8 2 4 24-14 26
5. Neftçi-2 15 7 3 5 21-12 24
6. Sumqayıt-2 15 7 3 5 18-20 24
7. Keşlə-2 15 6 4 5 25-20 22
8. Kəpəz 15 6 4 5 18-17 22
9. Qarabağ-2 14 6 1 7 32-19 19
10. MOİK 14 3 4 7 15-22 13
11. Ağsu 15 4 1 10 13-36 13
12. Zirə-2 15 3 1 11 17-38 10
13. Qaradağ Lökbatan 15 2 1 12 9-30 7
Bombardirlər: Musa Qurbanlı (Qarabağ-2) - 14, Elmir Rəhimzadə (Keşlə-2) - 11.
Qeydlər: İntizam Komitəsinin qərarı ilə 2-ci turda "Sumqayıt-2"yə texniki məğlubiyyət (0:3) verilib. Birinci dövrədən sonra "Ağsu" çempionatda çıxışını dayandırdığına görə ikinci dövrənin bütün oyunlarında texniki məğlubiyyətlə üzləşəcək.