Sizin reklam burada

“Səbail”dən ardıcıl ikinci qələbə

Baxış Sayı:704


Elmar Baxşiyev: “Komanda şəklində müdafiə oluna bilmirik”
68. Səbail – Qəbələ 3:1 (0:1)
1. Aleksandr Rıbka - 5,5
13. Şəhriyar Rəhimov - 5,5
21. Eriko da Silva - 5,0
55. Adil Nağıyev - 5,0
34. Urfan Abbasov - 5,5
14. Rahid Əmirquliyev (k) - 5,5
10. Maykl Essyen - 5,5
(8. Lema Mabidi, 62) - 5,5
9. Mirsahib Abbasov - 5,5
(7. Fəhmin Muradbəyli, 62) - 5,5
27. Hendrik Ekşteyn - 5,5
19. Ruslan Hacıyev - 6,5
(97. Bahadur Həziyev, 84) - qiymətsiz
11. Rauf Əliyev - 6,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
3. Turan Manafov
4. Eltun Yaqublu
17. Elçin Rəhimli
26. Kamal Qurbanov
30. Murad Qayalı
45. Kənan Quliyev
79. Əli Sadıxov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ruslan Hacıyev

1. Anar Nəzirov (k) - 4,0
74. Yusif Nəbiyev - 4,0
3. İvitsa Juniç - 4,0
2. Amin Seydiyev - 4,5
8. Qismət Alıyev - 4,5
12. Abdelrafik Cerard - 5,5
(9. Ehtiram Şahverdiyev, 90) - qiymətsiz
77. Merab Qiqauri - 4,5
10. Klesio Bauk - 4,5
21. Fernan Lopes - 4,5
19. Rövlan Muradov - 5,0
(14. Ülvi İsgəndərov, 73) - 4,0
32. Nikolas Raysel - 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
4. Sadiq Quliyev
5. Rasim Ramaldanov
7. Roman Hüseynov
11. Asif Məmmədov
17. Yaovi Akakpo
22. Rodriqo Qattas
27. Samir Məhərrəmli
28. Murad Musayev
55. İdris İnqilablı
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Abdelrafik Cerard
Qollar: N.Raysel, 16 (0:1, F.Lopes). M.Abbasov, 57 (1:1, R.Əliyev). R.Əliyev, 70 (2:1, R.Hacıyev). H.Ekşteyn, 82-p. (3:1).
Vərəqələr: R.Əmirquliyev, 52 (qeyri-idman hərəkəti). K.Bauk, 55 (qeyri-idman hərəkəti). F.Lopes, 61 (hakimin qərarına etiraz). R.Hacıyev, 61 (qeyri-idman hərəkəti). A.Nəzirov, 81 (qeyri-idman hərəkəti) - sarı. F.Lopes, 75 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: KAMAL UMUDLU, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
16 fevral. Bayıl. ASCO Arena. 300 tamaşaçı (3200 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bazar günü Bayılda autsayder "Qəbələ" ilə sonuncu yeri ötən turda ona təhvil verən "Səbail" üz-üzə gəldi. "Qırmızı-qaralar" Bayıl təmsilçisini yenidən son pilləyə qaytarmaq əzmində idi. Ancaq bunun asan olmayacağı şübhə doğurmurdu. Axı "Səbail" son iki ildə öz meydanında keçirdiyi 4 oyunda "Qəbələ"yə uduzmamışdı. Bundan başqa, "Səbail" uzun müddət qələbəsizlik həsrəti yaşadıqdan sonra bu uğursuzluğa məhz "Keşlə" ilə oyunda son qoymuşdu və bu qələbənin komandanı düşdüyü böhrandan çıxarmağa yardım edəcəyi gözlənilən idi. Ümumiyyətlə, həm bu, həm də komandaların son durumu paytaxt klubunu matçın favoritinə çevirirdi. Bölgə təmsilçisi önünə yeni transferi, zədəli Peyman Keşavarzsız çıxan bakılıların heyətində Eriko ilk "11-liy"ə dönmüşdü.
İlk dəqiqələrdən "Qəbələ" topla daha çox oynayan tərəf olsa da, "Səbail" sürətli əks-hücumlarla qonaqları təzyiq altında saxlamağa çalışırdı. Bununla belə, oyunun əvvəlində real imkanları məhz bölgə təmsilçisinin ifasında izlədik. 11-ci dəqiqədə Fernan Lopesin uzaqdan "9-luğ"a fırlatdığı topu Rıbka əla seyvlə konerə çıxara bildi. 16-cı dəqiqədə isə hesab açıldı. "Qəbələ" rəqib qapısına yol tapdı. Rövlanın sağ cinahdan ötürməsini cərimə meydançasında qəbul edən Raysel bir toxunuşla topu soyuqqanlı şəkildə dirəyin dibindən tora qovuşdurdu. 36-cı dəqiqədə qonaqlar növbəti əlverişli imkandan yararlana bilmədi. Abdelrafik Cerard əla reydini ötürmə ilə tamamladı ki, Raysel üzbəüz epizodda zərbə vurmağa yubandı. Bir qədər sonra "Səbail" əks-hücumdan fərqlənə bilərdi. Şəhriyar bitirici vuruşu dəqiq gerçəkləşdirə bilmədi. 42-ci dəqiqədə Klesionun 24-25 metrdən effektli zərbəsini Rıbka əla reaksiya ilə dəf etdi.
İkinci hissə daha baxımlı alındı. Baxmayaraq ki, fasilədən sonrakı ilk 10 dəqiqədə "Qəbələ" zəif təsir bağışladı. Təbii ki, bu, nəticəsiz qalmadı. 57-ci dəqiqədə "Səbail" hesabı bərabərləşdirdi. Raufun əla ara ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Mirsahib qüvvətli zərbə ilə rəqib qapısının torunu silkələdi. "Qəbələ" də dərhal, heç bir dəqiqə keçməmiş rəqib qapısına yol tapdı. Ancaq Klesionun ofsaydda olduğunu işarə edən hakim qolu qeydə almadı. Bir saatın tamamında isə az qala qəbələlilər avtoqol müəllifi olacaqdı. Ekşteynin ötürməsinin qarşısını kəsmək istəyən Qiqauri topu öz qapısına göndərdi. Yaxşı ki, top dirəyin bir neçə santimetrliyindən çölə çıxdı.
Bununla belə, 70-ci dəqiqədə "Səbail" hesabda önə keçdi. Sürətli əks-hücumdan sonra Ruslan Hacıyevin qapı qarşısına ötürməsini müdafiəçini qabaqlayan Rauf dəqiq zərbə ilə tamamladı. Qonaqlar matçın sonluğunu azlıqda keçirməli oldu. Fernan Lopes 75-ci dəqiqədə ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alıb meydandan qovuldu. Yeddi dəqiqə sonra "Səbail" say üstünlüyündən də yararlanıb fərqi artırdı. Anar Nəzirovun Ruslan Hacıyevə qarşı kobudluğuna görə hakim penalti təyin etdi. Ekşteynin vuruşuna toxunan Nəzirovun cəhdinə baxmayaraq, top tora daxil oldu - 3:1.
Son dəqiqələrdə topu özündə saxlayan "Səbail" yalnız bir epizodda qapısında təhlükə yaşadı. Matça əlavə olunan dəqiqələrdə Erikonun kobud səhvindən sonra topu ələ keçirən Ehtiram Şahverdiyevin zərbəsini Rıbka barmaqlarının ucu ilə tirin üstündən aşıra bildi. Beləliklə, 11 tur 3 xala həsrət qalan Aftandil Hacıyevin komandası ardıcıl 2-ci qələbəsini qazanmaqla turnir cədvəlinin zirzəmisindən qurtuldu.
MİRAĞA

Gözdən qaçmadı
* "Səbail" meydana qara forma ilə çıxmışdı. Maraqlıdı ki, "Qəbələ"nin futbolçuları, eləcə də hakimlər də qara tuman geyinmişdilər.
* Essyen əvəzlənərkən əl-qol işarəsi ilə Aftandil Hacıyevə sanki etirazını bildirdi. Ancaq texniki zonada baş məşqçiylə yüngülvari qucaqlaşmaqla incikliyinin qalmadığını nümayiş etdirdi.

Reaksiyalar
Elmar Baxşıyev: "Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdı ki, uyğunlaşsınlar. Qol vurub nəticə qazanmamağımızı sırf müdafiəçilərlə bağlamaq doğru olmaz. Komanda şəklində müdafiə oluna bilmirik. İlk gündən hücum futbolu oynamağa çalışmışıq. Fəlsəfəmiz budu. 90 dəqiqə ərzində müdafiədə oturmaq və bir hücuma bel bağlamaq da olmaz. Bu gün İbrahima Niassenin yerini doldura bilmədik. Yenilər gec qoşulduqları üçün hələ oyunumuzu tapmamışıq. Bir oyunçumuzun meydandan qovulmasına və qapımıza penalti təyin olunmasına baxmayaraq, hakimlər briqadasının işini normal hesab edirəm. Sadəcə, öz oyunçularıma iradım var. Konsentrasiyanı itirir və lazımsız vərəqələr alırlar".
Aftandil Hacıyev: "Qarşılaşma hər iki komandanı həyəcanlandırmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Yetirmələrim yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular. İlk hissəni rəqibin hesabına yazmaq olar. Fasilədən sonra isə fəallığı artırdıq və 3 qol vurduq. Mövsümün ilk yarısında da pis çıxış etmirdik. 11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm. Yaxşı oyun bizim qələbəmiz idi. Heç-heçələr sayəsində qazandığımız xallar bizə mübarizəni davam etdirməyə imkan verir. Futbolda "qara zolaq"lar da mümkündü. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Qarşıda çətin oyunumuz var. "Sabah" da son iki turda qələbə qazanıb. Bu oyunu tezliklə unudub qarşıdakı matça hazırlaşmalıyıq. Əvəzetmələrdə ehtiyatlı olmalıydıq. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli idi. Rauf Əliyevin vəziyyəti pis deyil. Bahadur Həziyevi ilk dəfə premyer-liqada kəşf etdik. Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidi. Yeni transferimiz Lema Mabidi də 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındı. Ancaq çalışqandı və komandaya fayda verəcəyini düşünürəm"

Oxşar xəbərlər
SON XƏBƏRLƏR