Sizin reklam burada

AFFA telekanallara və onlayn mediaya dəvət göndərib

Title
AFFA telekanallara və onlayn mediaya dəvət göndərib
Firuz Abdulla: “Media-tur bir neçə mərhələdən ibarət olacaq”
Srağagün Şamaxıdakı "Shamakhi Palace Sharadil" otelində Azərbaycan, Türkiyə və Rusiyanın KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Toplantı AÇ-2020-nin 4 matçının Bakıda keçirilməsinə həsr olunub. “Futbol+”in dəvət olunmadığı tədbirdə kimlərin iştirak etdiyini, AFFA-nın seçim zamanı nəyə əsaslandığını bilmək üçün assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fiuruz Abdulla ilə əlaqə saxladıq: “Bu tədbir AÇ-2020-nin Əmliyyat Qrupu və AFFA tərəfindən təşkil olunmuşdu. Media-tur bir neçə mərhələdən ibarət olacaq. İlk mərhələdə telekanallar və onlayn media nümayəndlərinə dəvət göndərilmişdi. Növbəti media-turun tarixi hələ müəyyənləşməyib. Tədbirdə yerli mətbuat nümayəndələri ilə yanaşı, Rusiyadan iki jurnalist – onlardan biri sports.ru portalının əməkdaşı idi – iştirak edirdi. Türkiyədən “Tribun” jurnalının, “Qlobal Haber” və TRT-nin Bakı bölməsinin əməkdaşı qatılmışdı.
Təqdimat zamanı jurnalistlərə Avropa çempionatı oyunlarına akkreditasiya almaq qaydaları, fan-zonaların işi, final mərhələsi ilə bağlı qarşıdakı hadisələr və sair haqda məlumatlar verildi. O cümlədən bildirildi ki, Avropa Liqasının finalından əvvəl olduğu kimi, məşhur futbol veteranlarının iştirakı ilə matç da keçiriləcək. Azərbaycanlılara qarşı oynayacaq veteranların adları hələ məlum deyil. Azərbaycan veteranları tərəfindən bir iştirakçı bəllidi. Bu, Avropa Liqasının final matçının səfiri olmuş Vəli Qasımovdu.
Biletlər mövzusuna daha çox diqqət yetirildi. Bu günə qədər Uels - İsveçrə (13 iyun), Türkiyə - Uels (17 iyun), İsveçrə - Türkiyə (21 iyun) və 1/4 final oyunu (4 iyul) üçün ümumilikdə 120 min bilet satılıb. Uels - İsveçrə matçı üçün 19 mindən, Türkiyə - Uels oyunu üçün 32 mindən, İsveçrə - Türkiyə matçı üçün 30 mindən çox bilet satılıb. 1/4 final matçı üçün artıq 38 minə yaxın bilet alınıb. Media-turun axşam proqramına iştirakçılara stolüstü tennis, atıcılıq, bilyard və boulinq kimi müxtəlif idman növləri üzrə əyləncə proqramı daxil idi”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.