Sizin reklam burada

Ruslan “Neftçi” ilə görüşü də buraxacaq

Baxış Sayı:598


“Zirə” ilə oyuna qədər hazır olacam”
Qış fasiləsini Türkiyədə keçirən “Keşlə”nin toplanışı Tərlan Əhmədovun ürəyincə olsa da, Bakıya dönmək ərəfəsində vacib futbolçularından birini itirməsi baş məşqçinin əhvalını əməllicə korladı. Söhbət yığma təcrübəsinə sahib Ruslan Qurbanovdan gedir. “Tula” ilə yoldaşlıq görüşündə ciddi zədə alan 28 yaşlı futbolçu həkim müayinəsindən çıxandan sonra məlum oldu ki, təxminən bir ay yaşıl meydanlardan uzaq düşəcək. Odu ki, Ruslan mövsümün ikinci yarısının “Qəbələ” və “Səbail”lə oyunlarında komandasına kömək edə bilmədi. Qarşıdan isə “Neftçi” ilə vacib qarşılaşma gəlir, ardınca “Zirə” ilə oyun.
Ruslanın son durumunu öyrənmək, zədəsinin nə yerdə olduğunu bilmək üçün özü ilə əlaqə saxladıq: “Topuğumda yan bağlar zədələnmişdi. Yaxşı ki, yırtıq yox idi, sadəcə, zədə görmüşdü. Yırtıq olsaydı, düzəlməsi çətin olardı. Şükürlər olsun, artıq məşqlərə başlamışam. Qaçıram, məşq edirəm, prosedurları yerinə yetirirəm. Bəzən AFFA-nın akademiyasında edirəm, bəzən öz bazamızda. Fürsətdən istifadə edib AFFA-ya təşəkkürümü bildirirəm. Artıq sağalmaq üzrəyəm. Bəzən sağa qəfil hərəkət edəndə ağrılar olur. “Neftçi” ilə qarşılaşmada iştirak edə bilməyəcəm. Çox güman, “Zirə” ilə oyuna qədər hazır olacam. Meydana çıxıb-çıxmayacağıma isə baş məşqçi qərar verəcək”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR