Mircavadov: “Premyer-liqada çalışan gənc yerli məşqçilər üçün yığmanı çalışdırmaq bir qədər tezdi”
AFFA-nın yanvarın 28-də keçirilən Konfransında yığmanın yeni baş məşqçisi ilə bağlı sualı cavablayan icraçı vitse-prezident Elxan Məmmədov boş qalan posta 32 namizədin olduğunu bildirmişdi. Məmmədov namzədlər arasında həm yerli, həm də əcnəbi mütəxəssislərin yer aldığını deməklə yanaşı, İcraiyyə Komitəsinin növbəti toplantısına qədər siyahının qısalacağını da vurğulamışdı. Bu yerdə onu da qeyd edək ki, “32-lər” siyahısında yer alanlardan Oleq Kononov artıq özünə yeni iş yeri tapıb. Moskva “Spartak”ının sabiq çalışdırıcsı Latviya təmsilçisi “Riqa”nın “sükanı arxasına” keçib. Namizədlərdən Çezare Prandelli, Luici Di Byaco və Canni De Byazi “üçlüy”ündən biri isə İtaliya A seriyasında çıxış edən “Breşiya”nın baş məşqçisi olmağa yaxındı.
Ötən həftə AFFA-da sözügedən məsələ barədə müzakirələr olub. Məşqçilər Komitəsinin üzvləri öz aralarında yığmanı çalışdırmağa namizədlərlə bağlı fikir mübadiləsi aparıblar. Toplantı ilə bağlı daha ətraflı məlumat almaq üçün komitə üzvü Ağasəlim Mircavadovla danışdıq: “Təxminən 2 saata yaxın müzakirə apardıq. Yığmaya yerli və ya əcnəbi mütəxəssisin təyin olunmasının müsbət və mənfi tərəfləri barədə söhbət etdik. Fikrimiz belə oldu ki, hazırda premyer-liqada çalışan gənc yerli məşqçilər üçün təcrübə baxımından yığmanı çalışdırmaq bir qədər tezdi. 3-4 il klub sistemində işləmək o demək deyil ki, onlar artıq əsas yığmanın “sükanı arxasına” keçməyə hazırdılar. Hazırda çalışan mütəxəssilərdən başqa, işləməyən, ancaq təcrübəli məşqçilərimiz də var. Hələ ki bu yöndə müzakirələr davam edir. Yaxın günlərdə yenidən bir araya gəlib fikirlərimizi bildirəcəyik. İclasda bir fikir də səsləndi ki, ölkənin əsas komandası əcnəbiyə tapşırılacağı halda, mütləq onun köməkçiləri arasında azərbaycanlı məşqçilər də yer almalıdı. Bu mütləqdi. Namizədlər arasından eləsini seçməliyik ki, həmin şəxs ispan, italyan və yaxud başqa millətin nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycana hörmətlə yanaşmalıdı. Hər halda, hər ölkənin öz mentallığı var. Ancaq belə olacağı halda həmin əcnəbi burda nəyəsə nail ola bilər. Namizədlərin siyahısını daha da genişləndirmək olar. Ancaq bizə kəmiyyət yox, keyfiyyət lazımdı. Bu üzdən baş məşqçi təyinatı bir qədər yubanır. Hər namizədi ətraflı gözdən keçirməli, haqqında maksimum məlumat toplamalıyıq ki, seçimdə yanılmayaq. Fikrimcə, ləngimək də olmaz. Yığmanın baş məşqçi postuna əcnəbi dəvət olunacaqsa, bunu qısa vaxtda etmək lazımdı. Çünki ona yeni mühitə öyrəşmək, ölkə futbolu, futbolçuları ilə tanış olmaq üçün müəyyən vaxt lazım gələcək”.
RƏŞAD

Son xəbərlər

Elmar Baxşıyev: "Qəbələ" təkcə Ruan və İsniklə qurulmayıb"

"Qələbə bizimdisə, deməli daha yaxşı olmuşuq" - "Lex"in baş məşqçisi

"Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil" - Qurban Qurbanov

"Qarabağ" məğlub oldu - YENİLƏNİB

“Everton” ona görə pul ödəmədi

İngiltərə klubunda rekord transfer

Salah “Liverpul”un yeni rekordçusudu

Şamil Quliyev: “Ora yeni asfalt da çəkildi, işıq sistemi də yeniləndi” - AÇIQLAMA

Zidan Türkiyədə saç əkdirib?

Rauf Əliyev “Şamaxı”da oynayacaq

“Real” oyunçusunu İtaliyaya təmənnasız göndərəcək

Popoviç “Sumqayıt”a nə verdi? - KÖŞƏ

Qartallar PSJ-nin nəyinə lazımdı?

Rüstəm Əfsərli: "Hər üç klubumuzun oyunlarının yayınlanması ilə bağlı işlər görürük" - AÇIQLAMA

İngiltərə çempionundan daha bir transfer

"Qəbələ" superliqa klubu ilə bacarmadı

Polşa mətbuatı “Lex”in heyətini açıqladı

Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

Nərgiz Qurbanova “Lex” – “Qarabağ” matçını izləyəcək? - AÇIQLAMA

Blatter: “İnfantino yalnız məni deyil, həm də mənim FİFA üçün gördüyüm işləri məhv etmək istəyir”

Fərid Nəbiyev "Kəpəz"lə müqavilə bağlayıb? - Meneceri açıqladı

“Barselona” oyunçusuna 1 milyard avro qiymət qoydu

Ramiz Məmmədov “Qarabağ”la bağlı narahatdı - AÇIQLAMA

Yunis Hüseynov: “Qorxmaq lazım deyil"

"Qəbələ" israilli futbolçunu transfer etdi

"Qarabağ" onu "Zirə"yə verdi

Rizvan Fərzəliyevin “Araz-Naxçıvan”da qalmasına mane olan səbəblər - AÇIQLAMA

Poçettino istefaya göndərildi

"Səbail"in rəqibləri müəyyənləşdi

İcra başçısı “Kəpəz”in rəhbərliyi ilə görüşdü - FOTOLAR

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Stolüstü tennisçilər Avropa çempionatına yollandılar

Zeynal Zeynalov kimdən narazı qalıb? – AÇIQLAMA

İki futbolçu "Lex"i tərk edir

"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

“Qarabağ” Poznanda dəstəksiz qalmayacaq

AFFA Gəncə üçün tender elan etdi

“Qarabağ”ın futbolçusuna görə FİFA-dan vaxt istədilər - AÇIQLAMA

İki futbolçu “Barselona”ya qoşuldu

“Sumqayıt” onu geri göndərdi

ÇL-də oynamaq istəyən Ronaldo MY-yə qayıtmadı

Karateçimiz Dünya Oyunlarında iştirak edəcək

"Qarabağ"la oyun öncəsi son məşq - FOTOLAR

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Bütün xəbərlər