Sizin reklam burada

Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu”

Baxış Sayı:402


“Qoyun sözü söyüşdüsə, bəli, onda söymüşəm”
Fevralın 4-də AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. İclasda bir sıra qərarlar qəbul edilib ki, ən diqqətçəkəni futzal üzrə U-19 millimizin baş məşqçisi Ağatahir Əzimovun 5 oyun cəzalandırılmasıdı. Buna səbəb kimi mütəxəssisin birinci liqanın U-19 – “Rayyan” oyununda öz yetirmələrini təhqir etməsi göstərilib.
Açığı, İK-nın qərarları heç vaxt birmənalı qəbul edilməyib. Adətən, birinci divizionla bağlı qərarların mütəxəssislər və futbolçular tərəfindən çox sərt etirazlara səbəb olduğunu görmüşük. Ancaq budəfəki qərar futzalla bağlıdı. Yığmanın baş məşqçisinin öz oyunçularını təhqir etməsi yetərincə ciddi ittihamdı. Elə bu səbəbdən Ağatahir bəylə əlaqə saxlayıb, qərarla bağlı fikirlərini öyrəndik: “Qoyun sözü təhqirdisə, onda mənə cəza versinlər. Mən öz oyunçuma “qoyun” deyə bilmirəmsə, onda nə deyim? Futbolçu nəyisə düz etmirsə, nə etməliyəm? Söyüş söyməliyəm ona? “Qoyun” deyirəm, məni meydandan qovurlar. Onlar çox söz deyə bilərlər. Deyə bilərlər ki, mən oyunçunun atasını, anasını söymüşəm. Ancaq gəlin, onları da, mənim oyunçularımı da çağıraq. Görək mən onlara qoyundan artıq söz demişəm? Qoyun sözü söyüşdüsə, bəli, onda söymüşəm. Təbii ki, mən bu qərarla razılaşmıram. Apellyasiya şikayəti vermək istəyirəm. Komandam 4 nəfərlə hücuma çıxıb. Oyunçum ötürməni rəqibə verdi. Rəqib də gəlib qol vurdu. Mən də buna deyirəm ki, “sən neynirsən, görmürsən, qoyunsan?” Hakim mənə qayıtdı ki, “çıx kənara, sən uşağı təhqir etmisən”. Bu nə deməkdi? Bəlkə mən Çin dilində nəsə deyəcəm. Başa düşəcəklər? Qoyun nə vaxtdan söyüş olub? Hakimlərə dedim ki, üzünüzə söyürlər, başınızı çevirirsiz ki, guya eşitmirsiz. Mən sənə nəsə demişəm ki? Öz oyunçumla danışıram. Deyir ki, yox, sən onu təhqir etdin. Dedim, yaxşı, onda gələn dəfə mən uşağa “ayı kimidi” desəm, o da təhqir olacaq? Mənə qayıdır ki, uşağa heyvan adı dedin, öz uşağına deyərsən? Dedim ki, öz uşağım da izah etdiyim bir şeyi edə bilməsə, ona da deyərəm. Bunu hamı deyir. Özlərini elə aparırlar ki, guya bunlar bomba oğlanlardı, bunlarda hər şey qanunladı. Heç qanunu bilmirlər, durub mənə deyir ki, oyunçunu təhqir etdin. Mən yenə deyirəm, qoyun sözünə görə məşqçiyə 5 oyun cəza verərlər? Oyunçular hakimin üzünə var-yoxunu söyür, onlara 3 oyun cəza verirlər. Mən öz oyunçumla danışıram, bunlar məni qovurlar. Yəni bunlar belədi. Mən artıq öyrəşmişəm. U-19 elə bil bunların düşmənidi. Hər oyun qırmızı vərəqə verirlər. Elə bil bu uşaqlar Afrikadan gəlib. Halbuki onlara kömək etmək lazımdı, simpatiya olmalıdı. Bunlarda isə tərsinədi. Oyunçuları sıxırlar, boğurlar. İndi də mənə keçiblər. Nə istəyirlər, etsinlər, heç vecimə də deyil. Onsuz da kənarda Kərim müəllim var. Nə lazımdısa, deyəcəm ona, edəcək. Mən bu komandanı çempionata salmışam ki, uşaqlar bir az təcrübə qazansın, futzal nədi, onu bilsinlər. Sağ olsun rəhbərlik, bu istəyimi geri çevirməyib. İstəyirik ki, uşaqlar böyüklərlə oynayıb bir az inkişaf etsinlər. Bizdə uşaqlar arasında heç nə keçirilmir, həmçinin uşaq məktəbimiz də yoxdu. Ona görə gəlmişik bura. Bunlar da imkan vermir oynayaq. “Qırmızı” dalınca “qırmızı” verir. İndi də məni qovublar meydandan. Hə, nə olsun, qovsunlar. Mən onsuz da öz məşqimi keçirəm uşaqlara. Ondansa, hakimlik etsinlər. Top oyunçunun əlinə dəyir, saxlamırlar. Top yarım metr meydanda qalır, aut verirlər. Hamı hakimlərin işindən narazıdı. Gedib öz işlərini düzəltməkdənsə, mənim sözümə qarışırlar"
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR