Sizin reklam burada

“Qarabağ” Kintananı Çin klubuna yola saldı

Baxış Sayı:355


“Qarabağ” Dani Kintana ilə yolları ayırıb. Dünən klubun rəsmi “feysbuk” səhifəsi “Təşəkkürlər, Kintana” sərlövhəli video paylaşıb. Videoda Ağdam klubunun dünən keçirilən məşqində futbolçuların Danini atıb-tutduğu görünür. "Qarabağ" Kintananın klubdan ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. Məlumatda deyilir ki, Dani dünən komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir) transfer olunub. O, tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən toplanışına yollanacaq.
2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR