Əliyar Ağayev Yunanıstan superliqasının 22-ci turunun "Panatinaikos" - PAOK matçını idarə edib. FİFA referisinin idarəçiliyi yerli mətbuat tərəfindən yüksək qiymətləndirilməyib. Xüsusilə bir epizod meydan sahiblərinin narazılığına səbəb olub. Həmin anda qonaqların müdafiəçisi Dimitris Cannlulis top uğrunda mübarizədən sonra yerə yıxılan rəqib oyunçu Dominik Nadın dizini tapdalayıb. Ağayev isə bu məqamı gözdən qaçırıb. Afinalılar da Cannlulisə qırmızı vərəqə verilmədiyi üçün oyundan sonra referini tənqid ediblər.
Oyun "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri ilk qolu penaltidən vurublar. Əliyar hər komandanın 1 üzvünə sarı vərəqə göstərib. Üstəlik, VAR-ın köməyi sayəsində "Panatinaikos"un 45+1-ci dəqiqədə qeydə aldığı qolunu top futbolçunun əlinə dəyib tora daxil olduğuna görə ləğv edib.