59. Səbail - Qarabağ (Ağdam) 0:1 (0:0)
1. Aleksandr Rıbka - 4,5
13. Şəhriyar Rəhimov - 4,5
55. Adil Nağıyev - 4,5
16. Peyman Keşavarz - 5,0
34. Urfan Abbasov - 4,0
14. Rahid Əmirquliyev (k) - 4,5
10. Maykl Essyen - 5,5
(27. Hendrik Ekşteyn, 72) - 3,5
3. Turan Manafov - 5,0
77. Ədilxan Qarəhmədov - 4,5
(17. Elçin Rəhimli, 75) - 4,0
7. Fəhmin Muradbəyli - 4,5
(79. Əli Sadıxov, 84) - qiymətsiz
11. Rauf Əliyev - 5,0
Ehtiyat oyunçular
85. Kamal Bayramov
9. Mirsahib Abbasov
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
30. Murad Qayalı
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Koşandanın ən yaxşısı: Maykl Essyen
12. Şahruddin Məhəmmədəliyev - 5,5
3. Aylton - 5,0
14. Rəşad Sadıqov (k) - 5,5
55. Bədavi Hüseynov - 5,5
5. Maksim Medvedev - 5,0
2. Qara Qarayev - 5,5
18. İsmayıl İbrahimli - 5,0
17. Abdulla Zubir - 5,5
8. Miçel - 5,0
(19. Filip Ozobiç, 70) - 5,5
9. Xayme Romero - 5,0
(99. Maqaye Geye, 86) - qiymətsiz
11. Mahir Əmrəli - 6,0
Ehtiyat oyunçular
13. Vaqner da Silva
7. Araz Abdullayev
21. Hacıağa Hacılı
23. Faysal Rerras
24. Nihad Tamazov
27. Kvabena Ovusu
29. Musa Qurbanlı
30. Abbas Hüseynov
71. Toral Bayramov
94. Nicat Mehbalıyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Əmrəli
Qol: M.Əmrəli, 81 (F.Ozobiç).
Vərəqələr: Miçel, 23 (qeyri-idman hərəkəti). B.Hüseynov, 28 (qeyri-idman hərəkəti). R.Əliyev, 90+1 (qeyri-idman hərəkəti). M.Medvedev, 90+2 (qeyri-idman hərəkəti). Ş.Məhəmmədəliyev, 90+5 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
2 fevral. Bayıl. ASCO Arena. 1000 tamaşaçı (3200 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Üçüncü dövrənin açılış turuna "Bayıl Arena"da, lider və autsayderin dueli ilə yekun vuruldu. "Neftçi"nin bir gün əvvəl büdrəməsi "Qarabağ"ı maksimum nəticəyə kökləmişdi. "Səbail" üzərində qələbə ağdamlılara ən yaxın izləyiciləri ilə xal fərqini 8-ə çatdırmağa şərait yaradacaqdı. Bu, "Neftçi" ilə növbəti turda baş tutacaq derbi ərəfəsində hava-su kimi vacib idi. Sonuncu dəfə 4-cü turda qələbə qazanan "Səbail" isə uğursuz axara ilin ilk oyununda son vermək, turnir cədvəlinin sonuncu pilləsindən qurtulmaq üçün bütün qüvvəsini səfərbər etmişdi. Aftandil Hacıyevin təbirincə desək, "Səbail" "Qarabağ"ın əsəbləri ilə oynadı. Qurban Qurbanovun komandası qələbə topunu vurmaq üçün sona 9 dəqiqə qalmışa kimi əziyyət çəkdi.
Elə startda hiss olunurdu ki, erkən qol gözləmək əbəsdi. Rəqibi meydanın mərkəzində qarşılayan, hər qarış uğrunda vuruşan "Səbail" yaxşı qapanmış, paralel olaraq, əks-hücum taktikası seçmişdi. Qapılar qarşısında ilk real qol vəziyyətini 20-ci dəqiqədə meydan sahibləri yaratdı. Maksimin cinahda səhvi "Səbail"in kəsərli hücum təşkil etməsinə şərait yaratdı. Ədilxanın cərimə meydançasına soldan daxil olub iti bucaq altında endirdiyi zərbəni Şahruddin əla reaksiya ilə tirin üstündən aşıra bildi. 31-ci dəqiqədə elə Maksimin uzaqdan zərbəsi yetərincə təhlükəli alınsa da, top dirəyin bir neçə santimetrliyindən keçdi.
İkinci hissə başlar-başlamaz Mahir əlverişli fürsət yaxaladı. Rəşadın başladığı hücumsonrası Əmrəli qapıçı ilə üzbəüz qalsa da, iki-üç metrdən vurulan zərbəyə özünü sipər edən Rıbka qola izn vermədi. Qurban Qurbanov 70-ci dəqiqədə ləng Miçeli daha çevik Ozobiçlə əvəz etdi ki, bu dəyişiklik sayəsində qonaqlar təzyiqi xeyli artırdılar. 74-cü dəqiqədə "Səbail"in bəxti gətirdi. Romero sağdan topu qapı qarşısına havalandırdı ki, Mahirin başla zərbəsindən sonra əvvəlcə Keşavarzın çiyninə, sonra dirəyə dəyib yerə düşən topu Urfan cərimə meydançasından uzaqlaşdırdı. Nəhayət, 81-ci dəqiqədə hesab açıldı. Soldan qapı qarşısına göndərilən topu Ozobiç Mahirə istiqamətləndirdi. Şəhriyar onun arxasında dayanıb dönməyə imkan verməsə də, hücumçunun variantı var idi: o, dabanla baxımlı qola imza atdı.
Əlavə olunan dəqiqələrdə "Qarabağ" fərqi artıra bilmədi. Halbuki sonradan meydana çıxan Geye qapıçını da keçmişdi. Ancaq gücü tükənən forvard topu boş qapıya vura bilmədi. Epizodun davamında Zubir topu ələ keçirib qapıçı ilə təkbətək çıxdı. Ancaq o, yenə ayağa qalxan Geyeyə ötürmə etdi. Bu dəfə isə Rıbka qola imkan vermədi. Beləliklə, "Qarabağ" Bayıl səfərində 3 xalı bir qolla qazanaraq, liderliyini möhkəmləndirdi.
MİRAĞA
Gözdən qaçmadı
* Fotoqraflar ilin ilk oyunu olduğu üçün Rəşad Sadıqovu kollektiv şəkil çəkdirməyə dəvət etdilər. Kapitan isə "lazım deyil, qalsın gələn dəfəyə" deyib buna ehtiyac görmədi.
* İkinci hissədə "Səbail"in qapısı arxasında mövqe seçən "Qarabağ"ın azarkeşləri dayanmadan "Rıbka, ..." şüarı səsləndirib rəqib qapıçıya təzyiq göstərdilər. Ukraynalı dözüm nümayiş etdirib, sadəcə, başını bulayırdı.
* Mətbuat konfransı keçirilən otağa bir neçə seçki kabinəsi qoyulmuşdu. Klub bir həftə sonra keçiriləcək parlament seçkisinə hazırlaşır.