Futzal üzrə dünya çempionatı
Elit mərhələ, 3-cü tur
Slovakiya - Azərbaycan 3:3 (1:1)
Slovakiya: 12. Riçard Oberman, 3. Martin Zdrahal, 10. Marek Belanik, 11. Matuj Kiyovski, 16. Tomaş Draxovski (k); 1. Milan Herko, 4. Erik Klema, 5. Qabriel Rik, 6. Martin Peçi, 7. Matuş Çevçik, 8. Marian Hudek, 15. Voytek Turek.
Baş məşqçi: Marian Berki.
Azərbaycan: 12. Rövşən Hüseynli, 10. Vassura, 9. Rafael Vilela, 13. Kardoso Everton, 6. Eduardo Borges, 1. Emin Kürdov, 3. Tyaqo Teles, 5. Əmir Şocayi, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conatan Luis, 7. Ramiz Çovdarov, 20. Eshaq Surqalı.
Baş məşqçi: Joze Alesio Da Silva.
Qollar: M.Hudek, 9 (1:0). R.Vilela, 17 (1:1). M.Kiyovski, 29-öz qapısına (1:2). M.Çevçik, 31 (2:2). M.Kiyovski, 40 (3:2). T.Teles, 40 (3:3).
Vərəqələr: İ.Atayev, 17. E.Borges, 18. M.Peçi, 29 - sarı. E.Borges, 40 - qırmızı.
Hakimlər: Ancelo Qalante, Çiara Perona, Nikola Manzione (hamısı İtaliya).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Viktor Beseyro (İspaniya).
1 fevral. Osiyek. “Qradsk vrt Arena”.
DÇ-2020-nin elit mərhələsi çərçivəsində qrupda son oyununu keçirən futzal millimiz qələbə qazana bilməyərək, mübarizəni dayandırıb. Əslində Slovakiya üzərində qələbə yetərli olmayacaqdı, qrupdakı digər oyunun nəticəsi həlledici olacaqdı. Zaman göstərdi ki, Rusiya - Xorvatiya qarşılaşmasının nəticəsi yığmamızı qrupda saxlayacaq. Amma Joze Alesio Da Silvanın komandası üzərinə düşəni etməyi bacarmadı. Autsayderlə görüş heç-heçə bitdi. Kiyovskinin avtoqolla yadda qaldığı oyunda komandamızın digər qollarını Rafael Vilela və Tyaqo Teles vurdu. Beləliklə, 4 xalı olan millimiz pley-offa vəsiqə qazana bilmədi. Belə ki, qrupun son oyununda Xorvatiyanı 4:3 hesabı ilə məğlub edən Rusiya birinci pilləni tutdu. 6 xala malik Xorvatiya isə ikinci pillədə qərarlaşmaqla pley-off oyunlarında iştirak hüququ qazandı.
1. Rusiya 3 2 0 1 14-8 6
2. Xorvatiya 3 2 0 1 8-6 6
3. AZƏRBAYCAN 3 1 1 1 7-8 4
4. Slovakiya 3 0 1 2 6-13 1
Joze Alesio Slovakiya ilə oyunu belə dəyərləndirib: "Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxlu qol vəziyyəti yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma onların qələbə istəyi buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddən artıq olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi əks-hücumlarda yaxaladı. Əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi. Qələbə qazansaydıq da, sonuncu oyunun nəticəsini gözləməliydik. Həmin matçda da Xorvatiyanın yenilməməsini və ya Rusiyanın 3-4 top fərqi ilə qələbə qazanmasını gözləyəcəkdik”.
MİRAĞA