Sizin reklam burada

“Ağsu” divizionda çıxışını dayandırdı

Baxış Sayı:1 130

“Ağsu” divizionda çıxışını dayandırdı
“Ağsu” birinci diviziondan uzaqlaşdırılıb. PFL-in saytının yaydığı xəbərə görə, klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu”nu birinci diviziondan kənarlaşdırmağı qərara alıb. Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdi. Beləliklə, divizionda komanda sayı 12-yə düşüb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR