Sizin reklam burada

Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub!

Title

Sən demə, başqa idman növlərinin təmsilçilərinin də futbol qumarına qoşulmasıyla bağlı deyilənlər gerçək imiş. Dünən bu mövzuda redaksiyamıza çox ilginc xəbər daxil olub. Belə ki, futbol oyunlarının nəticəsinə müdaxilə edən şəxslərdən daha biri həbs olunub. Söhbət basketbol yığmamızın üzvü Amil Həmzəyevdən gedir. 30 yaşlı basketbolçunun hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev son vaxtlar “Gəncə”nin formasını geyirdi. Və bir müddət çempionatın ən məhsuldar basketbolçuları sırasında yer alırdı. Amma son bir neçə turda onun adına rast gəlinmir. Amillə əlaqə saxlamaq mümkünsüzdü. Dünən müraciət etdiyimiz, basketbolun içində olan bəzi şəxslər də onun mobil telefonuna zəng çatmadığını söylədilər.
Qeyd edək ki, danışılmış oyunlarla bağlı Kürdəxanıda saxlanılan digər şəxs futbol yığmamızın sabiq üzvü Cəmşid Məhərrəmovdu.
KƏNAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.