Sizin reklam burada

“Sabah” Koçukla Rodrigesi transfer etdi

Baxış Sayı:557


“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. Paytaxt təmsilçisi Moldova yığmasının yarımmüdafiəçisi Yevgeni Koçukla ilyarımlıq müqavilə bağlayıb. 26 yaşlı futbolçu karyerası ərzində “Daçiya” (Moldova) və “Jilina”nın (Slovakiya) şərəfini qoruyub. Onun son klubu isə “Səbail” olub. Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyuna çıxıb.
Yığmamızın üzvü Ramil Şeydayev Koçukun "Sabah"a keçidinə yumorla yanaşıb. O, moldovalı oyunçunun "instaqram"da transferlə bağlı paylaşımına rəy bildirib. Şeydayev şərhdə "Hə, yaxşı, transfer bombası! "Sabah" çempiondu" yazıb. Koçuk isə cavabında "Mən tam razıyam" deyib.
"Sabah" dünən günün ikinci yarısında növbəti transferin adını açıqlayıb. Paytaxt klubunun rəsmi saytının yaydığı xəbərə görə, Xulio Sezar Rodriges bundan sonra komandanın uğurları üçün çalışacaq. 29 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb. Qeyd edək ki, Rodriges bunadək "Zirə"də çıxış edirdi. O, qəsəbə təmsilçisiylə müqaviləsinə dünən qarşılıqlı razılıqla xitam verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR