Sizin reklam burada

“Zirə”nin beşinci transferi Moldova millisinin üzvü oldu

Baxış Sayı:665


Komanda “Keşlə”nin əvəzedicilərini darmadağın etdi
“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. Qəsəbə təmsilçisi George Antonla anlaşıb. 27 yaşlı moldovalı yarımmüdafiəçi ilə növbəti mövsümün sonuna kimi müqavilə bağlanıb. Moldova millisinin üzvü daha əvvəl ölkəsinin “Zimbru” və “Şerif” klublarının da şərəfini qoruyub. George Anton "Zirə"nin qış fasiləsində heyətinə qatdığı 5-ci futbolçudu. Əvəzində "Zirə" daha bir futbolçusu ilə yolları ayırıb. Robin Nqalandenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Malavi yığmasının forvardının "Zirə" ilə mövsümün sonuna qədər sözləşməsi var idi. O, ötən ilin yanvarıdan qəsəbə klubunda çıxış edirdi. "Zirə" qış fasiləsində haitili Soni Norde ilə də yolları ayırıb.
Zaur Həşimovun rəhbərlik etdiyi komanda yanvarın 26-da yoxlama oyunu keçirib. Rəqib “Keşlə”nin əvəzediciləri olub. Zirə İdman Kompleksində baş tutan matç elita təmsilçisinin 6:1 hesablı qələbəsiylə bitib. Meydan sahiblərinin heyətində Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və Xulio Sezar Rodriges (2) fərqlənib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR