Sizin reklam burada

Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı

Baxış Sayı:962


Mütəxəssis Natalya Məmmədovanı da yanına apardı
Qadın voleybolçular arasında İndoneziya çempionatına start verilib. Həmyerlimiz Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” ilk tur çərçivəsində keçirilən qarşılaşmada “Popsivo Poluan”ı sınağa çəkib. Yetərincə gərgin alınan qarşılaşmada Rəcəbovun komandası gücünü ortaya qoyub. “Cakarta” son ölkə çempionunu meydana çıxmağa peşman edib. Rəqibin heyətində Avropa çempionu, Olimpiya Oyunlarının finalçısı Tiyana Malesviç, dünya kubokunun ən yaxşı diaqonal oyunçusu, dominikanlı Gina Mambru kimi məşhur simalar olsa da, məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Həmyerlimiz taylandlı mütəxəssisin komandasına qarşı oyunda yalnız bir legionerin – milli komandamızın hücumçusu Odina Əliyevanın xidmətindən yararlanıb. Buna baxmayaraq, gənc mütəxəssis “Cakarta” ilə debüt matçında 3:1 hesablı qələbəyə sevinib. Yığmamızın üzvü isə görüşün ən dəyərli voleybolçusu seçilib.
Qeyd edək ki, “Azəryol”da da Ziya Rəcəbovun rəhbərliyi altında oynayan ukraynalı Anna Stepanyuk ailə problemi səbəbindən 10 gün öncə İndoneziya təmsilçisindən ayrılıb. Onun əvəzinə yığmamızın sabiq voleybolçusu Natalya Məmmədova transfer olunub. Ulduz oyunçu növbəti turlarda meydana çıxacaq. 36 yaşlı hücumçu artıq “Cakarta”nın düşərgəsinə qoşulub. Ötən ilin oktyabrında Çinin “Liaoninq” klubu ilə anlaşan Məmmədova məhz Rəcəbovun baş məşqçisi olduğu İndoneziya təmsilçisinin təklifini qəbul edib. Bakının “Rabitə” klubunda bir yerdə işləyən təmsilçilərimiz artıq Asiya komandasının uğurları üçün çalışacaqlar. İki gündü Rəcəbovun sərəncamında olan ulduz oyunçu sabah komanda ilə birgə məşqlərə başlayacaq. Məmmədova daha öncə Rusiya, Türkiyə, İtaliya, İspaniya və Çində legioner həyatı yaşayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR