Sizin reklam burada

Almeyda Şeferin komandasında oynayacaq

Baxış Sayı:266


“O, Azərbaycan yığmasının ən yaxşısıdı, meydanda əsl liderdi”
Riçard Almeydanın yeni klubu müəyyənləşib. Qış fasiləsində “Qarabağ”la yolları ayıran yığmamızın üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. “Bakı”nın sabiq baş məşqçisi Vinfrid Şeferin çalışdırdığı komanda 31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə bağlayıb. Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Almeyda 2018-in yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə ağdamlılar onu birilliyə icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.
Riçard özünün "instaqram" səhifəsində fikirlərini bölüşüb: “Həyatımın yeni mərhələsi başlayır. İlk növbədə mənə verdiyi fürsətə görə Allaha və hər zaman yanımda olan ailəmə dəstək üçün minnətdaram. Hər şey sizin üçündü. Sizi sevirəm. İrəli!”
Şefer isə klubun saytına açıqlamasında Almeydanın transferini dəyərləndirib: “Almeyda komanda üçün qiymətli əlavədi. Onun çiyinlərində zəngin təcrübə var ki, biz də yeni transferlərdən məhz bunu gözləyirik. O, Azərbaycan yığmasının ən yaxşısıdı, meydanda əsl liderdi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR