Sizin reklam burada

Mahir Əmrəlinin gözəl qolu kifayət etdi

Title

"Qarabağ" dünən Antalyada ikinci yoxlama oyununu keçirib. Qurban Qurbanovun komandası Qazaxıstanın premyer-liqa təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib. Görüş Bakı vaxtı ilə saat 18.00-da start götürüb. "Jetısu" bundan öncə "Səbail"ə 1:0 hesabıyla qalib gəlmişdi.
"Qarabağ"ın start heyəti belə olub: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli.
Qarşılaşmanın taleyini bir qol həll edib. Mahir Əmrəli 5-ci dəqiqədə fərqlənməklə həm də yekun nəticəni müəyyənləşdirib. Çünki tərəflərin cəhdlərinə rəğmən, qalan dəqiqələrdə fərqlənmək mümkün olmayıb. Qurban Qurbanov ikinci yarıda bu futbolçulara da şans verib: 12. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 23. Faysal Rerras, 9. Araz Abdullayev, 99. Maqaye Geye və 71. Toral Bayramov.
Nicat Mehbalıyev, Nihad Tamazov, Musa Qurbanlı, Abbas Hüseynov və Cavid Bayramov isə 90 dəqiqəni ehtiyat oyunçular skamyasından ziləyib.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk sınaq matçında Rumıniya "Akademika”sı (Klinçeni) ilə heç-heçə etmişdi - 2:2. Ağdamlılar yanvarın 25-də Çexiyanın "Siqma" və Polşanın “Visla" klublarıyla üz-üzə gələcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.