Sizin reklam burada

Rüfət Dadaşovu qınayırlar...

Baxış Sayı:268


Rüfət Dadaşovun ABŞ klubu "Feniks Rizinq"lə birillik müqavilə bağlaması sabiq komandası "Proyssen"də narazılığa səbəb olub. Münster təmsilçisinin idman direktoru Malte Metselder komandanı mövsümün ortasında tərk etdiyinə görə 28 yaşlı forvardı qınayıb: "Təəssüf ki, Rüfət Dadaşov şəxsi hədəflərini komandanın hədəflərindən üstün tutdu. Onun belə qərar verməsi bizim üçün gözlənilməz oldu".
Almaniya mətbuatının iddiasına görə, “Proyssen” Rüfətin transferinin qarşılığında 250 min avro qazanıb.
Rüfətin kiçik qardaşı Renat Dadaşov isə "Vulverhempton"u tərk etməyə yaxındı. Premyer-liqa təmsilçisi gənc forvardı yenidən icarəyə verməyə hazırlaşır. "Vulverhempton" ötən ilin yayında "Eştoril"dən transfer etdiyi Renatı bir il müddətinə "Pakuş Ferreyra"ya icarəyə versə də, cəmi 6 ay sonra geri qayıtdı. Yığmamızın üzvü hazırda "Vulverhempton"un əvəzedicilərdən ibarət komandasında oynayır. Bu üzdən onun yenidən icarəyə verilməsi planlaşdırılır. Ancaq klub tapılmasa, Renat mövsümün qalan hissəsini əvəzedicilərdə keçirəcək. Hücumçu ötən yay "Vulverhempton"la 4 illik müqavilə bağlayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR