Sizin reklam burada

“İnşallah, bu il komandamız elitada oynayar və...”

Baxış Sayı:1 333


“Kəpəz”in mətbuat katibi Mehman Allahverdiyevi üzbəüz görüşərək təbrik edib
Yanvarın 13-də 60 yaşını qeyd edən Mehman Allahverdiyev ötən sayımıza verdiyi müsahibədə “Kəpəz” rəhbərliyini, yumaşaq desək, “ağ yuyub, qara sərib”. Gəncə futbolunda silinməz iz qoyan veteran futbolçu yubileyində klub tərəfindən yada salınmamasını biabırçılıq adlandırıb: “Təbriklər həddən artıq çox idi. Futbol camiəsindən çoxları zəng vurub yubiley münasibəti ilə məni təbrik etdi. Əfsuslar oldun ki, “Kəpəz” rəhbərliyi heç olmasa, sosial şəbəkədə, saytında belə məni yada salmadı, adi bir quru təbrik belə yazmadılar. “Neftçi” sağ olsun ki, saytı vasitəsi ilə məni xatırladı. Bu, doğrudan da, “Kəpəz” adına biabırçılıqdı, mənə hörmətsizlikdi. Bu klubun rəhbərliyi, məşqçilər korpusu var. Niyə belə etdilər, hələ də mənə çatmır”.
Allahverdiyevin haqlı narazılığına dair klubun da mövqeyini öyrənməyi lazım bildik. “Kəpəz”in mətbuat katibi Azad Mustafayevin reaksiyası belə oldu: “Mehman Allahverdiyev Gəncə futbolunun yaşayan əfsanəsidi. O, "Kəpəz"in müstəqillik illərində qazandığı bütün uğurların memarıdı. Allahverdiyev doğma şəhərimizdə azarkeşlər arasında nüfuz sahibidi, sevilir, seçilir. Mən klubumuz adından hədiyyəsiz olsa da, Mehman müəllimi elə doğum günündə üzbəüz görüşərək təbrik etmişəm. Onun haqda ən xoş sözləri deyə bilərik. Bilirsiz ki, ötən il klubumuzun da 60 illiyi idi, amma qeyd olunmadı. İnşallah, bu il komandamız elitada oynayar və bu, Allahverdiyev üçün də ən böyük hədiyyə olar. Həmin vaxt həm "Kəpəz", həm də Mehman müəllim üçün hər ikisinə yaraşan tərzdə yubiley keçirərik. Fürsətdən istifadə edib “Kəpəz” və bütün azarkeşlər adından yubilyarı bir daha təbrik edirəm. Yaşayın və var olun, Mehman müəllim!”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR