Sizin reklam burada

“Ağsu” divizionda çıxışını dayandıra bilər

Baxış Sayı:1 136


Zaur Əsədov: “Bütün komandalar hazırlığa başlayıb, yalnız biz qalmışıq”
Təxminən bir ay öncə AFFA-nın danışılmış oyunlarla bağlı qərarı gündəmə bomba kmi düşdü. Qurum rəhbərliyi adı danışılmış oyunlarda hallanan 23 oyunçunu futboldan sildi. Bu əməliyyatdan ən ağır zərbəni isə birinci divizionda çıxış edən “Ağsu” aldı. Bölgə təmsilçisinin 12 oyunçusu məlum səbəbdən klubdan qovuldu. Maraqlıdı, birdən-birə heyətdən bu qədər oyunçunun getməsi fonunda komanda çıxışını necə davam etdirəcək? Həmin vaxt əlaqə saxladığımız baş məşqçisi Zaur Əsədov komandanın gələcəyi barədə nəsə deməyin mümkün olmadığını söyləmişdi. Mütəxəssis hətta klubun fəaliyyətini dayandırmaq ehtimalının olduğunu da gizlətməmişdi. Bununla yanaşı, Əsədov hər şeyə yanvarın ilk həftəsində aydınlıq gələcəyini də sözlərinə əlavə etmişdi.
Qış fasiləsi başa çatmaq üzrədi. Demək olar ki, divizion komandalarının hamısı təlim-məşq toplanışına start verib. Yalnız “Ağsu”dan xəbər yoxdu. Komanda hələ də məşqlərə başlamayıb. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün dünən yenidən Zaur Əsədovla əlaqə saxladıq: “Açığı, dəyişən bir şey yoxdu. Klub hələ də fəaliyyət göstərmir. Yeni bir xəbər yoxdu. Biz də nə olacağını gözləyirik. Gözləyirik ki, bəlkə bu gün-sabah bir xəbər çıxdı. Düzdü, bütün komandalar hazırlığa başlayıb, yalnız biz qalmışıq. Yəqin ki, 3-4 günə bizim də aqibətimiz bəlli olar, bir xəbər çıxar. Vəziyyət belə olanda, gələcək plan haqda da nəsə demək olmur. Üstəlik, heyətdə çatışmazlıqlar var. Bundan sonra komandaya oyunçu cəlb etmək də çətin olacaq. Ancaq yenə də futbolçu yığmağı bacararıq. Çünki bu günə kimi hələ də bəzi oyunçular mənə yazırlar, komandaya gəlmək istədiklərini bildirirlər. Ancaq durum bəlli olmadığı üçün onlara dəqiq söz deyə bilmirəm”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR