Komanda anqolalı hücumçu ilə gücləndi
Antalyada təlim-məşq toplanışında olan "Keşlə" dünən yoxlama matçında qüvvəsini sınayıb. Tərlan Əhmədovun komandasının ilk sınağı Almaniyanın 3-cü bundesliqa təmsilçisi “Çikau”ya qarşı olub. Bəribaşdan qeyd edək ki, qış fasiləsinə 20 iştirakçı arasında 14-cü pillədə yollanan komandayla görüş "Keşlə" üçün uğursuz alınıb. Belə ki, hər hissədə 2 qol buraxan təmsilçimiz darmadağına məruz qalıb. "Keşlə"nin təsəlli qoluna isə 31-ci dəqiqədə Lorenso Frutos imza atdı. Paytaxt təmsilçisi meydana bu "11-lik"lə çıxıb: Əkbər Vəliyev, Slavik Alxasov (k), İlkin Qırtımov, Franko Flores, Miyuşko Boyoviç, Con Camara, Tural Bayramli, Sezar Meza Kolli, Əfran İsmayılov, Şohruh Qadoyev, Lorenso Frutos.
Heyətdən də göründüyü kimi, qapını əvəzedici komandanın qolkiperi Əkbər Vəliyev qoruyub. Məsələ burasındadı ki, qapıçılarla bağlı ciddi problem yaranıb. Komandanın hər iki əsas qapıçısı - moldovalı "1 nömrə" Stanislav Namaşko və onun azərbaycanlı əvəzləyicisi Rəşad Əzizli sıradan çıxıb. Stanislav baldırından, Rəşad topuğundan zədələnib. Hətta Əzizli artıq Bakıya göndərilib. Namaşko isə iki-üç günə düzəlməlidi. "Çərçivə qoruyucusu” ilə bağlı belə problem yarandığından, əvəzedici heyətdən Əkbər Vəliyevi dəvət olunub.
"Keşlə"nin dünən yeni - qış dönəmində ikinci transferini gerçəkləşdirdiyini də bildirək. Paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb. 26 yaşlı futbolçu karyerasına Hollandiya “Qroningen”ində başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanda “Əl-Mojzel” olub. Aleksandr ötən ilin qış fasiləsində Antalyada "Sabah"da, yay fasiləsində isə məhz "Keşlə"də Bakıda baxışda olsa da, müxtəlif səbəblərdən keçidi baş tutmamışdı. Xatırladaq ki, "Keşlə" buna qədər Özbəkistan yığmasının üzvü olan cinah vingeri Şohruh Qadoyevi transfer edib.
Tərlan Əhmədovun başçılıq etdiyi kollektiv növbəti sınaq matçını yanvarın 22-də Rusiyanın “Arsenal” klubuyla keçirəcək.
MİRAĞA

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər