Sizin reklam burada

30 il əvvəl, məhz bu gün...

Baxış Sayı:364


Azərbaycan 20 Yanvar faciəsinin 30 illiyini qeyd etməyə, sovet tanklarının tırtılları altında əzilən şəhid övladlarına bir daha yas tutmağa hazırlaşır. Düz 30 il əvvəl – 1990-cı ilin məhz bu günündə futbolumuz üçün tarixi sayıla biləcək olay da yaşanıb. “Əli Sami Yen” stadionunda “Qalatasaray”la qarşılaşan “Neftçi” meydandan heç-heçə ilə ayrılıb – 2:2. Bakılıların qollarını Samir Ələkbərovla Vladislav Qədirov vurub. Ümumiyyətlə, bu səfərin maraqlı tarixçəsi var. İstanbulda keçirilən Azərbaycan mədəniyyəti günlərinə dəvət olunanlar sırasında yer alan “Neftçi” qonşu ölkəyə yanvarın 12-də yollanıb. “Türk Dünyası Araşdırmaları Vəqfi”nin İstanbula dəvət etdiyi “Neftçi”nin səfər xərclərini də elə həmin qurum ödəyib.
Səfər proqramına uyğun olaraq, “Neftçi” “Qalatasaray”ın ardından İstanbulun başqa klublarıyla da qarşılaşmalıydı. Ancaq yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciə komandanın tələm-tələsik vətənə dönməsinə səbəb oldu. Ümumiyyətlə, həm bu səfər, həm də konkret “Qalatasaray” ilə oyunla bağlı əlimizdə çox maraqlı bilgilər var ki, qəzetimizin növbəti sayında bu mövzuya bir daha toxunacağıq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR