Sonuncu dəfə Bosniya və Hersoqovina “Çelik”ində çıxış edən Amit Quluzadə hazırda klubsuzdu. İsrarla karyerasını Avropada davam etdirməyə çalışan Amitin klubsuz qalması bizim üçün də təəccüblüdü. Maraqlıdı ki, bu günə qədər Portuqaliya, Türkiyə, Yunanıstan kimi ölkələrdə çıxış etmiş futbolçu premyer-liqa komandalarınn yadına düşmür. Düzdü, Amit də getdiyi ölkələrdə bir ildən çox qalmır. Ancaq ən azı karyerasını xaricdə davam etdirmək yolunda cəhd edir, mübariz aparır. Dünən Amitlə gələcək karyerası barədə danışmaq istəsək də, futbolçu qısa açıqlama verməklə kifayətləndi: “Açığı, bu yaxınlarda Albaniyadan təklif gəlmişdi. Özü də superliqa təmsilçisi idi və yüksək pillələr uğrunda mübarizə aparırdı. Ancaq oralara getmək istəmədim. Çünki artıq ordakı vəzittəyi yaxşı bilirəm. Hazırda isə iki ölkədən danışdığım klub var. Ad çəkmək istəmirəm. Yəqin ki, yaxın günlərdə bilinəcək. Biri Asiya təmsilçisidi, digəri isə bizə yaxın yerdən. İnşallah, bir həftəyə xəbər olacaq”.
HƏSƏN