Yanvarın nəhs günündə Mehman Allahverdiyevin 60 yaşı tamam oldu. 1980-88 aralığında heyətində 94 oyuna çıxdığı “Neftçi” yubilyarı təbrik etməyi unutmadı. Gözümdən qaçıbsa, bağışlayın, amma deyəsən, başqa heç kim onun əməyinə dəyər vermədi, yada salmadı, təbrik etmədi, Allahın formasını belə bağışlamadı.
Təbii ki, Allahverdiyevi bəyənməyənlər, Gəncə futbolunun son illərdəki uğursuzluqlarında onu suçlayanlar, kənardan gələn məşqçilərun uğur qazanmasına mane olduğunu deyənlər də çoxdu. Hətta bəziləri Mehman bəyin ötən əsrin 90-cı illərində “Kəpəz”lə qazandığı üç çempionluq və dörd kuboku da başqalarının, konkret mərhum Ruslan Abdullayevlə Rəşid Özbəyovun ayağına yazırlar. Açığı, bu mülahizələrdəki həqiqət payının nə qədər olduğunu bilmirəm, ən azı bu gün bilmək də istəmirəm. Gerçəklik budu ki, Allahverdiyev ölkənin ən titulla məşqçilərindən biridi, yuxarıda xatırlatdım çempionluqlar və kuboklar ilə yanaşı, hələ 2 gümüş, 1 bürünc medalı da var və kimsə bütün bunları onun əlindən ala, tarixi poza, yenidən yaza bilməz. Hələ daha bir faktı – Azərbaycan futbolunun tarixinə ən gənc yaşda çempion olan məşqçi kimi düşməsini də xatırlamaq mümkündü.
Təbii ki, müasir futbolda pul uğura aparan amillərin önündə dayanır. Ötən əsrin 90-cı illərində də belə idi. Klubun sponsoru Rza Məmmədovun hərtərəfli dəstəyinə arxalanan Mehman bəy respublikanın aparıcı futbolçularını vahid məqsəd ətrafında birləşdirməyə, onların “Kəpəz” formasını şərəflə daşımasına, Gəncədə iddialı komanda yaratmağa nail olmuşdu. Digər tərəfdən onda hələ Gəncə futbol məktəbi də yaşayırdı, indikindən fərqli istedadlar yetişdirməkdə idi, Allahverdiyev və köməkçiləri də yerli və gəlmə futbolçuların uğurlu simbiozunu yaratmağı bacarırdı. Düzdü, komanda avrokubok oyunlarına və ya “Birlik kuboku”na yollananda əli ətəyindən uzun qayıdırdı ki, buna da təkcə “Kəpəz”in yox, o dövrdəki Azərbaycan futbolunun ümumi faciəsi kimi yanaşmaq lazımdı.
Başqa bir maraqlı məqamın üzərindən keçməyək. Sirr deyil ki, həmin illərdə futbolumuzda “Neftçi”, “Qarabağ”, “Turan” və başqa iddialılar da var idi. Amma “Kəpəz” onların arasında baş çıxarır və titulları sıralayırdı. Deməli, futbolda pulla yanaşı, başqa keyfiyyətlər də tələb olunur ki, yubilyarımız məhz bunları özündə birləşdirirdi. Ona görə də mən Allahverdiyevə uğurlu baş məşqçidən daha çox lazımi anda lazımi yerdə ola bilən adam, mövcud imkanlar daxilində uğura aparan yolları tapa bilən, labirintdən baş çıxaran bacarıqlı adam deyərdim. Mənə elə gəlir ki, Gəncə futbolu, konkret “Kəpəz” bu gün də ölkənin ən titullu klublarından biri sayıldığına görə Allahverdiyevin məşqçi-menecer bacarığına minnətdar olmalı, onu heç bir halda unutmamalıdı. Bir halda ki, uğur, mükafat və titullar artıq çoxdan Gəncə futbolundan qaçaq düşüb. Bir vaxtlar futbolçu konveyeri kimi ad çıxaran şəhər indi nəinki elitada, heç 1-ci divizonda belə yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olan komanda qura, iddialı futbolçular yetişdirə bilmir. Gəlin razılaşaq ki, Mehman Allahverdiyevin nəhəng kölgəsi hər nə qədər Gəncə futbolunun üzərində olsa da, bura kənardan gələn mütəxəssislər adın zəhmini hər addımda duysa da, “Kəpəz”in indiki iddiasızlığı, son illərdəki uğursuzluqları heç də bu amillə bağlı deyil. Yəni Mehman bəy bu yubileyində “Neftçi” bir yana, ən azı “Kəpəz”in üzərinə adı, arxasına 60 yazılan formasını götürməyi haqq etmişdi. Heyf, bir “Neftçi” onu yada saldı, bir də ...“Kəpəz” TV. Gəncə futboluna təkcə futbolçu və baş məşqçi kimi yox, həm də prezident, vitse-prezident, icraçı direktor kimi xidmət edən Allahverdiyevin ən böyük arzusu “Kəpəz”i premyer-liqada görməkdi. Allah sizi arzunuza çatdırsın, lazımi anda lazımi yerdə ola bilən adam!

Son xəbərlər

Almaniya qrupda qaldı - YENİLƏNİB

Noyer rekorda imza atdı

21-ci əsrdə ilk dəfə

Aslan Kərimov: "Neftçi"nin qələbə potensialı "Sabah"dan daha aşağı görünür"

Mərakeş pley-offda - VİDEO

Xorvatiya 1/8 finala belə yüksəldi - VİDEO

"Neftçi" məlumat yaydı

Ceyhun Sultanov: "Bu matç "Neftçi" üçün daha vacibdi"

"Araz Naxçıvan"dan növbəti qələbə - VİDEO

MOİK-dən çətin qələbə - VİDEO

Qəbələdə qollu bərabərlik - VİDEO

Kurtua 100-ə çatdı

Fernandeş dünya nəhənginin hədəfində

Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

"Bakcell Arena"da liderlərin savaşı, Samir Abasovun Gəncə planı - AFİŞA

Fransa klubu “Qalatasaray”ın futbolçusunu istəyir

Derbi ərəfəsində son durum: “Neftçi”də 1, “Qarabağ”da 4

“Qalatasaray”ın istədiyi futbolçu İtaliya nəhənglərinin hədəfində

Flik istefa verəcək? - Özü açıqladı

“Benfika”dan futbolçusu üçün fantastik tələbi

Ronaldo karyerasını Ərəbistanda davam etdirəcək?

Argentinalı futbolçudan ötürmə rekordu

"Neftçi" bu futbolçunun keçidi üçün 300 min avro ödəməyə hazırdı - İDDİA

"Araz Naxçıvan" və MOİK-dən qələbə - YENİLƏNİB

Fransız futbolçu gələcəyi haqda heç nə bilmir

Salihamiciç şayiələrə reaksiya verdi

Qatil haqq etdiyi cəzanı almalıdı! - KÖŞƏ

Portuqaliya yığmasında itki

"Qarabağ"da seminar

Ronaldo “Real”a qayıdır?

Braziliya Kamerunla oyuna hansı heyətlə çıxacaq?

Milli komandanın yeni rekordçusu oldu

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Bütün xəbərlər