Sizin reklam burada

Güloğlan Cabbarov deputat olmaq istəyir…

Baxış Sayı:507


…və artıq 500 imza toplayıb
Son günlərin əsas söhbət mövzusu fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisidi. Millət vəkili olmaq həvəsinə düşənlərin sayı-hesabı yoxdu desək, yanılmarıq. Müğənnilərdən tutmuş jurnalistlərə, işsiz vətəndaşdan tutmuş market işlədənə qədər. Təbii ki, aralarında idmana bağlı olanlar da var. Onlardan biri də Güloğlan Cabbarovdu.
“Neftçi”nin yaxın keçmişdəki parlaq dönəmində “ağ-qaralar”ın rəisi vəzifəsində çalışmış Cabbarov 19 saylı Nərimanov 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb. Hazırda Kikboksinq Federasiyasında vitse-prezident postunu tutan sabiq kikboksçu deputat olmaq arzusundadı. Bununla bağlı seçicilərlə görüşüb, imza yığıb.
Təfərrüata varmaq, onda bu istəyin hardan yarandığını öyrənmək və fevralın 9-dan gözləntilərini bilmək üçün səbəbkarla əlaqə saxladıq. Lakin sabiq “Neftçi”li bir neçə gün gözləməyi tövsiyə etdi: “Bu gün üçün danışmağım, nəsə deməyim tezdi. Yalnız onu deyə bilərəm ki, artıq 500 imza toplamışam və namizədliyimin təsdiqlənməsini gözləyirəm. Qoy mandatı alım, ondan sonra ətraflı söhbət edərik. İnşallah, həm bizim, həm xalqımız, həm də vətənimiz üçün uğurlu olar”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR