Sizin reklam burada

Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib

Baxış Sayı:1 205


“Hazırda menecerim Ukrayna klubları ilə danışıqlar aparır”
“Keşlə”nin qapıçısı Şahin Zəkiyev bu yaxınlarda klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. Futbolçunun komanda ilə mövsüm sonuna qədər müqaviləsi qüvvədə idi. Lakin Zəkiyev uzun müddət idi ki, əsas heyətlə yox, əvəzedici komanda ilə məşqlərə çıxırdı. U-21 millimizin üzvünün müqaviləsi olmasına rəğmən, komandadan ayrılmaq istəsməsinin səbəblər varmış. Belə ki, gənc oyunçu onu komandaya cəlb edərkən fərqli vədlər verildini önə sürür. Ancaq baş məşçqi Tərlan Əhmədovun hansısa səbəbdən ona şans vemədiyini bildirir: “Açığı, komandadan özüm ayrılmaq istəyirdim. Bir neçə gün öncə klub rəhbərliyindən Eldəniz Yusifov mənə zəng vurdu ki, müqavilənə xitam verək. Mən də ona komandada qalmaq istəmədiyimi bildirdim. Mənə söz vermişdilər ki, “Keşlə”nin ikinci qapıçısı sən olacaqsan. Mövsümün əvvəlində yaxşı təkliflər var idi. Ancaq mən burda ikinci qapıçı olaraq qalıb, bir az da irəli getmək istəyirdim. Müqavilə imzalanandan bir həftə sonra mənə daha bir legioner qapıçı gəticərəklərini bildirdilər. Ondan sonra məndə psixoloji problemlər başladı. Artıq komandada sıxılırdım. Mənə təsir edən odu ki, əvvəlcədən üçüncü qapıçı olacağımı desəydilər, qəbul etməzdim. Təbii ki, məcbur razılaşmışdım. Halbuki mənə premyer-liqa klublarından təkliflər var idi. İki aya yaxındı əvəzedicilərdə məşq etdim. Hansı səbəbdən məni ora göndərdilər, bilmədim. Həqiqətən məndə artıq psixoloji sarsıntı baş vermişdi. Heç düz-əməlli məşq belə etmək istəmirdim. Artıq “Keşlə”də qalmayacağımı bildirmişdim. Bu işdə rəhbərliyin heç bir günahı yoxdu. Məni Tərlan Əhmədov əvəzedicilərə göndərdi. Özümə qarşı haqqsızlıq olduğunu düşünürəm. Yəni ən azı mənə səbəbini deyə bilərdi. Sən demə, məni komandadan uzaqlaşdırmaq istəyirmiş. Açığı, özü ilə də danışmaq istəmədim. Çünki artıq komandada qalmaq istəmirdim. Hazırda divizion klublarından təkliflər var. Ancaq xaricə də gedə bilərəm. Hazırda menecerim Ukrayna klubları ilə danışıqlar aparır. 4-5 klub var ki, onlarla görüşürük. Açığı, Azərbaycanda qalmaq niyyətim yoxdu. Ancaq məcburiyyət üzündən qala bilərəm”.
HƏSƏN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR