Sizin reklam burada

Elvin Yunuszadə yerli klublarla danışıq aparır

Baxış Sayı:491


“...olub da, yatıb qalmışam”
“Səbail”də “yarpaq tökümü”nə start verilib. Ötən illə müqayisədə büdcəsi kifayət qədər azaldılan Bayıl təmsilçisi aparıcı futbolçularını saxlamaqda gücsüzdü. Komandanın ən parlaq siması Ağabala Ramazanov “Zirə”ni seçdi, Yevgeni Koçukla Aleksandr Rıbkanın da Bakını tərk edəcəyi, demək olar, dəqiqləşib. Gedənlərin arasında Elvin Yunuszadə də var.
Bir neçə il öncə olsaydı, Elvinin adını da böyük hərflərlə qeyd edərdik. Lakin son vaxtlar əvvəlki formasından uzaq düşən, intizamsızlığına görə heç bir komandada duruş gətirə bilməyən ucaboy müdafiəçi artıq kölgəyə çəkilib. “Sabah”da bacarığını ortaya qoya bilməyəndən sonra “Səbail”də yenidən əvvəlki günlərini xatırladacağına ümid etsək də, bu dəfə də alındıra bilmədi. İlk vaxtlar oynadı, sona yaxın adı “23-lüy”ə salınmadı. Sonucda “dənizçilər”ə lazım olmadığı üzə çıxdı.
Səbəbkarla əlaqə saxlamaqda məqsədim də “Səbail”dən ayrılmasının səbəbini soruşmaq idi: “Səbail”dən göndərildiyimi deməzdim. Klub rəhbərliyi ilə oturub söhbət etdik və qarşılıqlı razılıq əsasında yollarımızı ayırmaq qərarına gəldik. İndiki məqamda ən xeyirlisi bu idi. O ki qaldı Aftandil Hacıyevin intizamla bağlı dediklərinə, olub də, yatıb qalmışam. Yəqin ki, bunu nəzərdə tutub, başqa yerə yozmaq lazım deyil. Cari mövsümdə 14 oyunun 12-də start heyətində yer almışam (əslində 11oyunda – H.). Son matçlarda kənarda qaldım, onda da xəstə deyildim, sadəcə, ayağımda ağrılar vardı. Həmin ağrılarla bir müddət oynadım da. Yenə deyirəm, ayrılmağımın hər iki tərəf üçün faydalı olacağını düşünüb bu addımı atdıq”.
Yunuszadə hazırda klubsuzdu. Premyer-liqada çalışan məşqçilər isə yerli futbolçu qıtlığından narazılıq edir. Maraqlıdı, bu neçə gündə Elvinə yerli klublardan təklif olub? Gələcəyini necə görür? Ən pis halda Nicat Qurbanovla Fuad Bayramovun yolu ilə gedib Gürcüstanda legioner həyatı yaşamağı düşünürmü? Öz dilindən eşidək: “Legioner həyatı yaşamaq hər bir futbolçunun arzusudu. Xaricdən real təklif olsa, mütləq dəyərləndirərəm. İndiki məqamda bəzi premyer-liqa təmsilçiləri ilə danışıq aparıram”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR