Murad Axundov: “Bu səbəbdən “Qarabağ”ı da Bayılda qəbul etdik”
Noyabrın 9-da “ASK Arena”da anşlaq olmalıydı. Klub rəhbərliyi stadionun yeni döşənmiş süni örtüyünü təmtəraqlı şəkildə qeyd etmək üçün maraqlı konsert proqramı planlaşdırmışdı ki, “Neftçi”ylə çempionat qarşılaşmasından əvvəl futbolsevərlərin üzü gülsün. Lakin noyabrın əvvəlində əlverişsiz hava şəraitinə görə istəkləri baş tutmadı.
Daha sonra noyabrın 30-nu nişan verdilər. 13-cü tur çərçivəsində keçirilməli olan “Sumqayıt”la qarşılaşma “ASK Arena”da baş tutmalıydı. Bu dəfə də xəbər çıxmadı, klub rəhbərliyinin arzusu ürəyində qaldı. Təxirəsalmanın yenə hava şəraitinə görə olduğunu zənn edib, örtüyün tam özünə gəlmədiyini düşünüb, nəhayət, “Keşlə”nin özünə doğma olan stadionda dekabrda ev oyununu keçirəcəyini ehtimal edirdik. “Qırmızılar” ölkə kuboku çərçivəsində “Qarabağ”la ev oyunu üçün də Bayıldakı “ASCO Arena”nın qapısını döydü. Halbuki arena da hazır idi, yeni döşənmiş qazon da.
Bu dəfə kim, ya da nə mane oldu? Dekabrın 20-də “Keşlə” – “Qarabağ” görüşünün Heydər Əliyev prospektindəki arenada keçirilməsini kim əngəllədi? Açılış nə vaxta nəzərdə tutulub? Bu məsələdən doğan suallara cavab tapmaq üçün klubun mətbuat katibi Murad Axundovu aradıq: “Əvvəldən də dediyimiz kimi, stadionun cari mövsüm üçün açılışı noyabrın 9-na nəzərdə tutulmuşdu. Hətta yüksək hazırlıq işləri də görülmüşdü. Sadəcə, həmin dönəmdə fasiləsiz yağışların yağması işlərin ikihəftəlik dayanması ilə nəticələndi. Noyabrın 25-26-da qazon tam hazır idi, hətta komanda yeni örtükdə məşq də etmişdi. Və buna görə də “Sumqayıt”la matçın “ASK Arena”da keçirilməsini istəyirdik. Bir neçə məşqdən sonra futbolçular qazonun yeni döşəndiyinə görə narahat olduğunu bildirdilər. Örtük bir müddət daranmalıydı, belə deyim, müəyyən mənada qulluğa ehtiyac vardı. Ona görə də “Neftçi” və “Sumqayıt”ı “ASK Arena”da qəbul etmək mümkün olmadı. Bir oyunumuz qalmışdı, “Qarabağ”la kubokun cavab matçı. Həmin qarşılaşmanın doğma meydanımızda baş tutmamasının səbəbi isə “ASK Arena”nı sifariş etməməyimizlə bağlıydı. Kubokun püşkatmasından sonra ev stadionu sifariş verəndə son durumun necə olacağını dəqiq bilmədiyimiz üçün riskə getməyib “ASCO Arena”nı göstərmişdik. Bu səbəbdən “Qarabağ”ı da Bayılda qəbul etdik.
Artıq heç bir problem qalmayıb. Qazon ideal vəziyyətdədi və tam hazırdı. Komanda noyabrın sonlarından bu yana bütün məşqləri yeni döşənmiş örtükdə edib. Mövsümün ikinci yarısı fevralın 2-də başlayır ki, ilk oyunumuz səfərdə “Qəbələ”yə qarşı olacaq. Ayın 8-də “Səbail”i qəbul edəcəyik. Məhz həmin oyun “ASK Arena”da baş tutacaq. Konsert proqramı? Bu haqda hələ ki heç bir məlumat yoxdu. Hava şəraitinə və mövcud vəziyyətə baxandan sonra qərar veriləcək”.
HƏBİB

Son xəbərlər

“İslamiadaya qələbə ilə başlamağımız bizim üçün əla motivasiya oldu"

Krivotsyukun komandasından növbəti qələbə

Tahir Gözəl Budapeştdə

“Futbolçularımız oyunun əhəmiyyətinin fərqindədilər” - “Ferensvaroş”un prezidenti

"Qalatasaray"dan iki transfer

Millimizin rəqibləri müəyyənləşdi

"Roma"dan "Sampdoriya"ya

"Çelsi" müdafiəçisini "Monako"ya göndərir

Torreyra "Qalatasaray" yolunda

"Borussiya"da yeni forvard

"Napoli"nin hədəfindəki qapıçı

"İnter" hücumçusu ilə yollarını ayırdı

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

U-23 məğlubiyyətlə başladı - KONYA-2021

"Qəbələ"dən səfər qələbəsi - VİDEO

"Nəticəni baş məşqçinin rəqibdən qorxması təyin etdi" - AÇIQLAMA

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

İlk qızıl Skidandan gəldi - KONYA-2021

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

"Qəbələ" qələbə ilə başladı - YENİLƏNİB

İsko yeni klubu ilə müqavilə imzaladı

"Neftçi"dən növbəti transfer

"Arsenal" PSV-nin hücumçusunu transfer edə bilər

"Ferentsvaroş"un heyətində itki

Prezident Dünya Oyunlarında nəticə göstərmiş idmançıları mükafatlandırdı

"Qarabağ"a qarşı tamamilə yeni matça çıxacağıq" - Çerçesov

Ukraynanın rəmzi komandasında Azərbaycanda işləmiş 2 nəfər yer aldı

"Neftçi" ilə matçda daha yaxşı işlər görəcəyik" - "Rapid"in futbolçusu

"Azərbaycan millisində oynamaq ehtimalım var idi" - Cəmaləddin Xocaniyazov

"Daha çox qol vura bilərdik" - Holann

Xavi bu futbolçulara güvənmir

PSJ "Napoli"nin yarımmüdafiəçisini transfer edir

"Qəbələ"nin 4 futbolçusu məşqlərdə iştirak etmir

"Borussiya" yeni hücumçu transfer etdi

Azərbaycan premyer-liqasında 13000-ci qol

Yığma komandamız Avropa birinciliyində iştirak edəcək

"Barselona" kuboku darmadağınla qazandı

"İstəyirik ki, hər şey 90 dəqiqədə həll olunsun" - Qurban Qurbanov

Emin Mahmudov "Neftçi"də yubiley matçına çıxdı

"Səbail"dən anti-rekord

Musa Qurbanlı "Qarabağ"ın ən yaxşıları siyahısında

"Qarabağ" Macarıstana yola düşdü

Çempionatın ilk turu Regekampf üçün əlamətdar oldu

Fərid Qayıbov milli üzvləri ilə görüşdü

"Neftçi"yə qarşı ilk oyun çox çətin alındı" - "Rapid"in futbolçusu

Bütün xəbərlər