Sizin reklam burada

“Turan Tovuz”da klubdaxili iclas keçirildi

Title

AFFA İntizam Komitəsinin məlum qərarıyla bağlı dünən “Turan Tovuz”da klubdaxili iclas keçirilib. İki saatdan çox davam edən toplantıda klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev, icraçı direktor Nadir Nəbiyev, Müşahidə Şurasının üzvü Rəşid Məhərrəmov, Tovuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, məşqçi, futbolçu və işçi heyəti, həmçinin fəal azarkeşlər iştirak edib. Yığıncaqda danışılmış oyunların zərərindən geniş söhbət açılıb. Azərbaycan futbolunda xüsusi yerə malik olan Tovuz futbolunda belə neqativ halın yaşanmasının yolverilməz olduğu, bu “virus”un təmizlənməsi üçün birlikdə mübarizə aparmağın vacibliyi xüsusi vurğulanıb.
Qeyd olunub ki, klub dəfələrlə AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyaya rəsmən müraciət edərək, belə neqativ halların üstünün açılmasında kömək göstərmələrini xahiş edib: “Turan Tovuz” olaraq ölkə futbolundan bu “virus”un təmizlənməsi üçün istər AFFA, istərsə də təhlükəsizlik orqanları ilə birlikdə mübarizə aparacağımızı bildirir, belə neqativ hala əl atanların əməllərini qətiyyətlə pisləyir və lənətləyirik. Ümid edirik ki, bu mübarizə davamlı olacaq və futbolumuza daha çox ziyan vurmadan bu çirkin əməllə məşğul olanların hamısı layiqli cəzalarını alacaqlar!”
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.