Sizin reklam burada

“Sumqayıt”ın yarımmüdafiəçisi Xorvatiyaya yollandı

Title

“Sumqayıt”ın və U-21-in üzvü Səbuhi Abdullazadə dekabrın 10-dan 11-nə keçən gecə Xorvatiyaya yollanıb. Bu haqda bilgini klubun mətbuat katibi Rəşad Məmmədovdan aldıq. Klub rəsmisi Abdullazadənin Xorvatiyaya səfəri barədə bunları söylədi: “Bu sırf futbolçunun təcrübə toplamasına hesablanmış addımdı. Dekabrın 25-də 18 yaşını qeyd edəcək yarımmüdafiəçi bir həftə “Osiyek”in məşqlərində iştirak edəcək. Bununla bağlı Xorvatiya klubu ilə razılıq əldə olunub. Rəhbərlik Səbuhidən sonra düşərgədə yer alan və perspektiv vəd edən futbolçularımızı da təcrübə toplamaq, Avropa futboluna yaxından bələd olmaq üçün vaxtaşırı əcnəbi klubların düşərgəsinə yollamağı planlaşdırır. Abdullazadə ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə cavab matçına kimi geri qayıdacaq”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.