Sizin reklam burada

Nazim Süleymanov HİK-dən cavab gözləyir

Baxış Sayı:476


AFFA Həmkarlar İttifaqı Şirvana səfər edib. Bu haqda bilgini qurumun rəhbəri Nazim Süleymanovdan aldıq. Süleymanov onunla birgə İcraiyyə komitəsinin üzvləri Səmədağa Şıxlarovla Novruz Əzimovun da səfərə çıxdığını bildirdi: “Lənkərandan sonra Şirvana səfər etdik. Şəhərin futbol ictimaiyyəti ilə görüşdə ittifaqın məqsədi və məramı, görəcəyimiz işlər barədə veteran futbolçulara məlumat verdik. Sonda yerli təşkilatın sədri postuna namizədlərin adları açıqlandı. Səsvermə yolu ilə Tahir Əliyev Şirvan şəhəri üzrə təşkilatın sədri seçildi. Bununla da bölgələrdə 4 özəyimiz fəaliyyət göstərir. Buna qədər İmişli, Masallı, Lənkəranda AFFA Həmkarlar İttifaqının yerli təşkilatları var idisə, artıq Şirvan da onların sırasına daxil olub. Yaxın günlərdə Sumqayıtda da görüşümüz olacaq”.
Ötən saylarımızın birinə açıqlama verən veteran futbolçu yeni yaradılan ittifaqın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciət etdiklərini bildirmişdi. Həmin vaxtdan xeyli müddət keçsə də, hələ ki bu yöndə yeni xəbər yoxdu. Nazim bəylə söhbətdə bu məqama da aydınlıq gətirməsini istədik: “Biz Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasından (AHİK) cavab gözləyirik. Qaydalara uyğun öncə onlar bizim müraciətimizi cavablamalıdı. Ora göndərdiyimiz məktubda ünvan göstərilib. Konfederasiya bizə cavab məktubu ünvanlamalıdı. Bundan başqa, AFFA-nın prezidenti Rövnəq Abdullayevə də müraciət etmişik. Ümid edirəm ki, yaxın vaxtlarda müraciətlərimiz müsbət cavablandırılacaq. Bundan sonra artıq Ədliyyə Nazirliyinə üz tutacağıq. Özünüz də görürsüz ki, təşkilatlanma yolunda işimizi görürük. Hər həftə hansısa bölgəyə səfər edir, veteranlarla mütəmadi görüşür, həmin şəhər və rayonlarda ittifaqın yerli təşkilatlarını yaradırıq”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR