Sizin reklam burada

Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib

Baxış Sayı:413

Yurçeviç AFFA rəhbərliyini toya dəvət etməyib
Xorvat mütəxəssis gələn həftə Bakıya qayıdacaq
AÇ-2020-nin seçmə mərhələsinin oyunları başa çatar-çatmaz yığmanın baş məşqçisi Nikola Yurçeviç gözdən itib. Xorvat mütəxəssisi nə premyer-liqa matçlarında, nə də AFFA-da görmək mümkündü. AFFA rəhbərliyi ilə Yurçeviç arasında imzalanan müqaviləyə əsasən, mütəxəssis 2020-ci ilin fevralına kimi ölkənin əsas komandasının çalışdırıcısı hesab olunur. Belə olan halda onun ictimaiyyət arasında görünməməsi ortaya sual çıxarır: Yurçeviç hardadı?
Bu suala aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Firuz bəyin reaksiyası isə belə oldu: “Nikola Yurçeviç hazırda Azərbaycanda deyil. Xorvaxtiyalı mütəxəssis gələn həftənin ortalarında Bakıya qayıdacaq”.
Bir neçə gün öncə ölkə mətbuatında Yurçeviçlər ailəsinin toya hazırlaşdığı barədə xəbərlər yayıldı. Millinin baş məşqçisinin qızı Lana Yurçeviç Şimali Makedoniya yığmasının sabiq üzü, hazırda Cənubi Kiprin "Enosis Neon Paralimni" klubunda oynayan Rista Riki Mitrevski ilə nigah masasına oturmağa hazırlaşır. Lana ilə Rikinin toyu isə dekabrın 27-nə planlaşdırılıb. Maraqlıdı, AFFA rəhbərliyindən kimsə ziyafətə dəvət olunub? Firuz bəydən bunu da soruşduq: “Yurçeviçin qızının toyunda assosiasiya rəhbərliyindən heç kim iştirak etməyəcək. Çünki heç kim ziyafətə dəvət olunmayıb”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR