Ağabala Bordini söydü, “Neftçi” azarkeşləri Hacıyevi
51. Səbail – Neftçi (Bakı) 0:0

1. Aleksandr Rıbka – 6,0
13. Şəhriyar Rəhimov – 5,5
21. Eriko da Silva – 5,5
3. Turan Manafov – 5,5
34. Ürfan Abbasov – 5,5
4. Eltun Yaqublu (k) – 5,0
(16. İqor Korotetski, 85) – qiymətsiz
17. Elçin Rəhimli – 5,0
5. Vüqar Bəybalayev – 5,5
(77. Ədilxan Qarəhmədov, 90+2) – qiymətsiz
14. Rahid Əmirquliyev – 5,0
10. Ağabala Ramazanov – 5,5
9. Mirsahib Abbasov – 5,0
(79. Əli Sadıxov, 90+5) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
18. Aqşin Qurbanlı
19. Ruslan Hacıyev
26. Kamal Qurbanov
88. Orxan Qurbanlı
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Aleksandr Rıbka

1. Səlahət Ağayev – 5,5
77. Vild-Donald Gerye – 6,0
6. Voislav Stankoviç – 5,5
25. Kiril Petrov – 5,0
26. Ömər Buludov – 5,5
93. Soni Mustivar – 5,5
36. Mamadu Kane – 5,5
(7. Namiq Ələsgərov, 60) – 5,0
17. Rəhman Hacıyev – 5,0
(3. Mamadu Mboc, 86) – qiymətsiz
8. Emin Mahmudov (k) – 5,0
10. Dario Federiko – 4,5
(11. Evangelos Platellas, 77) – qiymətsiz
19. Rauf Əliyev – 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
5. Anton Krivotsyuk
18. Tural Axundov
33. Turan Vəlizadə
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Vild-Donald Gerye
Ağabala Ramazanov 80-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib (tir).
Vərəqələr: Ş.Rəhimov, 73 (qeyri-idman hərəkəti). V.Bəybalayev, 78 (qeyri-idman hərəkəti) – sarı.
Rəsmi şəxslərə göstərilən vərəqələr: Seymur Məmmədov, 73 (hakimin qərarına etiraz). Vüqar Əliyev, 80 (hakimin qərarına etiraz). Roberto Bordin, 84 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Fariz Yusifov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
1 dekabr. Bayıl. ASCO Arena. 800 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Buna qədər 8 oyunda qələbəyə həsrət qalan meydan sahibləri 3 xal qazanmaq niyyətindəydi. Təbii, ötən tur “Qəbələ”nin qapısından 4 top keçirən qonaqlar da eyni arzudaydı. “Qarabağ”ın futbolçularının yorğunluğunu və qış fasiləsinə qədər xallar itirə biləcəyini nəzərə alsaq, çempionluq sevdasında olan “ağ-qaralar”ın əlinə yaxşı imkan düşmüşdü.
Lakin hər iki komandanın heyətindəki itkilər futbolsevərləri müəyyən qədər düşünməyə vadar edirdi. “Neftçi”nin iki aparıcı futbolçusunun – Baqali Dabo ilə Stiven Jozef-Monrozun yoxluğunda necə təsir bağışlayacağı sual doğururdusa, “Səbail”in Mirabdulla Abbasov, Fəhmin Muradbəyli, Yevgeni Koçuk, Elvin Yunuszadə və Adil Nağıyevsiz necə təsir bağışlayacağı maraqla gözlənilirdi.
Rəqibin gücünü nəzərə alan Hacıyevin əsas diqqəti müdafiəyə ayırması başadüşülən idi. Əsas tapşırıq qapıda top görməmək, qolu əks-hücumlarda axtarmaq idi. İlk dəqiqələrdən topa nəzarət qonaqların tərəfində olsa da, hesabı açmağa yaxın olan Bayıl təmsilçisi idi. İlk 15 dəqiqədə iki dəfə Ağabalanın, bir dəfə Rahidin əlinə yaxşı imkan düşdü, yararlana bilmədilər. 19-cu dəqiqədə Mirsahibin əla zərbəsini Səlahət eyni gözəllikdə dəf etməyi bacardı. İlk hissənin sonuncu dəqiqəsində Ağabala növbəti şansdan yararlana bilməyincə, komandalar paltardəyişmə otağına yollandı.
Bordinin tapşırıqları və oyunun gedişində etdiyi dəyişikliklər ikinci yarını tam “ağ-qaralar”ın xeyrinə dəyişdi. İkinci 45 dəqiqədə meydanda “Neftçi” rüzgarı əsirdi. Qonaqlar hücumlara ara vermir, qol imkanları bir-birini əvəzləyirdi. Sadəcə, Rıbkanın “çərçivə”dəki inamlı oyunu, müdafiəçilərin sayıqlığı topun tora daxil olmasına imkan vermirdi. Əvəzində “Neftçi” əsl şok yaşayacaqdı. Eminin Ağbalaya qarşı kobudluğundan sonra hakimin haqlı olaraq göstərdiyi penalti nöqtəsinə yaxınlaşan Ağabalanın topu tirə tuşlaması “Səbail”sevərlərin ümidini puç etdi. Matçın sonlarında Mbocla Geryenin də hücuma atılması effekt verməyincə, komandalar hərəyə 1 xal qazandı. Nəticədə meydan sahibləri sonuncu, qonaqlar isə 3-cü pilləyə düşdü.

Gözdən qaçmadı
* Matçı izləyənlər arasında xüsusi qonaqlar gözə dəyməsə də, PFL prezidenti Ramin Musayev stadiona təşrif buyurmuşdu.
* İkinci hissənin gedişində kifayət qədər çılğın görünən Roberto Bordinin sözü bu dəfə Ağabala Ramazanovla çəpləşdi. Nəticədə yığma üzvü italyan çalışdırıcıya nalayiq ifadələrlə qarşılıq verdi.
* Yeri gəlmişkən, penalti zərbəsini boşa verən Ağabala oyun başa çatandan sonra “Səbail”in azarkeşlərinin dəstəyini hiss etdi. Onlar sevimli futbolçularını “çempion” adlandırıb, alqışladılar.
* Hakimin final fitindən sonra “CBC Sport”a açıqlama vermək üçün meydanın kənarına yaxınlaşan Aftandil Hacıyev “Forza Neftçi”nin atmacasına “qonaq oldu”. Baş məşqçi tribunadan deyilənləri qəbul etmədiyindən həmin fanatlara barmaq işarəsi ilə “bayırda gözləyin, danışaq” mesajını göndərincə, “Neftçi”lilər özlərindən çıxdı. Onlar çıxış yolunu “Səbail”lə “Qarabağ”ın “qardaşlığ”ını qabardıb, küçə söyüşlərindən istifadə etməkdə gördülər ki, olduqca iyrənc mənzərəyə şahidlik etdik. Görünür, həmin söyüşləri işlədənlər yaxınlarının, əzizlərinin televizor qarşısında oturduğunu nəzərə almırlar.
HƏBİB

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər