50. Qəbələ – Zirə 3:0 (2:0)
1. Anar Nəzirov (k) – 5,0
8. Qismət Alıyev – 5,0
2. Amin Seydiyev – 5,5
74. Yusif Nəbiyev - 5,0
3. İvitsa Zuniç – 5,0
6. İbrahima Niasse – 5,5
77. Merab Qiqauri – 5,0
21. Fernan Lopes – 5,5
(7. Roman Hüseynov, 72) – qiymətsiz
19. Rövlan Muradov – 5,5
(20. Faiq Hacıyev, 85) – qiymətsiz
9. Davit Volkov – 6,0
(14. Ülvi İsgəndərov, 87) – qiymətsiz
10. Klesio Bauk - 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
11. Asif Məmmədov
28. Murad Musayev
4. Sadiq Quliyev
13. Kristian Kuaku
22. Rüstəm Nuriyev
15. Vüsal Məsimov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşı: Davit Volkov

28. Boyan Zoqoviç – 4,0
8. İlkin Muradov – 4,5
88. Tellur Mütəllimov – 5,0
4. Elvin Camalov - 4,0
27. Adrian Skarlatake – 4,0
25. Miloş Bakraç – 4,0
6. Alvaro Ampuero – 4,0
70. Nicat Süleymanov – 4,0
7. Cavid Hüseynov (k) – 4,0
(99. Rafael Məhərrəmli, 74) – qiymətsiz
43. Riçard Qadze – 4,0
(17. Robin Nqalande, 82) – qiymətsiz
18. Xulio Sezar Rodriges - 3,5
(23. Mfo Kqasvane, 46) – 4,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
14. Bəxtiyar Həsənalızadə
5. Anastasios Papazoğlu
11. Soni Norde
77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Tellur Mütəllimov
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (Şəki), Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
Vərəqələr: A.Seydiyev, 16 (qeyri-idman hərəkəti). E.Camalov, 45+2 (qeyri-idman hərəkəti). A.Skarlatake, 45+4 (qeyri-idman hərəkəti). F.Lopes, 59 (hakimin qərarına etiraz). R.Muradov, 64 (hakimin qərarına etiraz). D.Volkov, 66 (hakimin qərarına etiraz). M.Kqasvane, 78 (qeyri-idman hərəkəti). A.Nəzirov, 82 (oyunun bərpasını ləngitmək) - sarı.
Qollar: R.Muradov, 13 (1:0, F.Lopes). F.Lopes, 41 (2:0, K.Bauk). D.Volkov, 70 (3:0).
30 noyabr. Qəbələ. Şəhər stadionu. 400 tamaşaçı (4500 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
13-cü turun açılış qarşılaşması Qəbələdə, payız günəşinin o qədər də isti olmayan şüalarının müşayiəti ilə başladı. Maraqlıdı ki, həm “Qəbələ”, həm də “Zirə” ötən həftə yağışda islanmışdı. Özü də bu komandaların iştirakı ilə keçirilən oyunlarda “qol yağışı”na da şahidlik etmişdik. “Qəbələ” “Bakcell Arena”da 1:4 hesabıyla uduzmuşdusa, “Zirə” doğma meydanda “Keşlə”ni “soyuq duş”a salmış, ilk hissədə vurduğu qolların sayəsində 3:1 hesablı qələbəyə sevinmişdi. Məlum idi ki, zirəlilər qələbənin davamını gətirib, xallarını “Sumqayıt”la bərabərləşdirmək istəyirdi. Meydan sahiblərinin hədəfi isə 3 xal sayəsində azı birgünlüyə sonuncu pillədən qurtulmaq idi. Bu məqamda xatırladaq ki, tərəflərin ilk dövrədəki oyununda qalib müəyyənləşməmiş, hərəyə bir qol vuran komandalar meydandan “sülh”lə ayrılmışdılar.
Səfərdə çıxış etməsinə baxmayaraq, oyunun əvvəlində “Zirə” daha fəal görünür, tez-tez meydan sahiblərinin müdafiəçilərini narahat edirdi. 7-ci dəqiqədə Nicat Süleymanovun havalandırdığı topa cərimə meydançasında toxunan tapılsaydı, hesab açılacaqdı. Amma “Qəbələ”nin müdafiəçiləri cəld tərpəndilər. 3 dəqiqə sonra bu epizodun təkrarı yaşandı, hava topu yenə də “Zirə”yə uğur gətirmədi. Məlum idi ki, meydan sahiblərinin ucaboy futbolçularını belə sadə asmalarla məğlub etmək asan olmayacaq. “Qəbələ”nin ilk ciddi həmləsi isə məhsuldar alındı. Rövlan Muradov təşkilində xeyli əziyyət çəkdiyi təhlükəli hücumu məntiqi sonluğa çatdırdı. “Zirə” hesabı bərabərləşdirmək üçün irəli atılınca, “Qəbələ”nin işi bir qədər asanlaşdı. Çünki belədə rəqibin müdafiədə boşluqlar verəcəyi gözlənilən idi. Məhz belə boşluqların sayəsində 18-ci dəqiqədə “Zirə” növbəti dəfə məyus ola bilərdi. Lakin Bauk dəqiq oynamadı. Meydanda bərabərsəviyyəli oyun getsə də, topa daha çox “Qəbələ”nin nəzarət etdiyi vurğulanmalıdı. Hesabda öndə olan “qırmızı-qaralar” tələsmir, topu özlərində saxlamaqla vaxtı öz xeyrinə “xərcləyirdi”.
Yalnız 33-cü dəqiqədən sonra “Zirə” bir qədər fəallaşdı. Hiss olunurdu ki, qəsəbə təmsilçisi fasiləyə qədər bərabərlik qolunu vurmaq üçün tələsir. Onlar bunaa Tellurla yaxın oldular. Amma “88 nömrə”nin baxımlı zərbəsində dəqiqlik çatmadı. Onun zərbəsindən sonra top tirin üstündən keçdi. Cavid Hüseynov da qazandığı fürsəti boşa verdi. Təcrübəli futbolçu cərimə meydançasında topla hərəkət etmək istəyərkən ayaqlarını bir-birinə dolaşdırıb yerə yıxıldı. “Zirə”nin fasiləyə bərabərliklə yollanmaq ümidlərini Caviddən sonra Fernan Lopes 41-ci dəqiqədə “dəfn etdi”. “Qəbələ”nin hücumu elə sürətlə gerçəkləşdi ki, “Zirə”nin müdafiəçiləri heç göz açmağa macal tapmadılar. Volkov sol cinahla irəlilədikdən sonra cərimə meydançasındakı Bauku “tapdı”. Mozambikli yarımmüdafiəçi isə birtoxunuşla Lopesi qapıçıyla təkbətək çıxardı. Fernanın zərbəsi qarşısıalınmaz idi. Bu qoldan sonra “Zirə” də taleyi ilə barışdı. Təsadüfi deyil ki, Rəvan Həmzəzadə hissəyə 4 dəqiqə əlavə edib, 20 saniyə də artıq oynamağa imkan versə də, qonaqların ciddi hücumuna şahid olmadıq.
Ssenari fasilədən sonra müəyyən qədər dəyişmişdi ki, bu da gözlənilən idi. Çox güman, Zaur Həşimov komandasına erkən qol vurmaq, hesab arasındakı fərqi azaltmaq ilə bağlı konkret tapşırıqlar vermişdi. Bunun üçün çalışdırıcı hətta əvəzetmə də gerçəkləşdirmişdi. Meydanda heç nə ilə yadda qalmayan Rodrigesin əvəzinə Robin Nqalande “döyüşə atılmışdı”. Bununla belə, “Zirə”nin heyətində az-çox fəal görünən yerli gənclər idi. Bu mənada xüsusilə də İlkin Muradovla Fəhmin Muradbəyli fərqlənirdi. Onlar bir-biriylə yaxşı anlaşır, bu anlaşmanın sayəsində tez-tez topu “Qəbələ”nin cərimə meydançasına qədər gətirə bilirdilər. Lakin onların fəallığı “qırmızı-qaralar”ın sıx müdafəsini yarmaq üçün yetərli deyildi. Ümumiyyətlə, “Zirə”nin legionerlərini tanımaq olmurdu. Sanki 6 gün əvvəl “Keşlə”nin başına oyun açan futbolçular başqaları idi. Əvəzində Volkov onlara legioner futbolçunun necə oynamalı olduğunu göstərdi. Gürcü futbolçu 70-ci dəqiqədə komandasın 3-cü qolunu vurmaqla fərqi artırdı. 12 dəqiqə sonra Volkov Bauk üçün əla fürsət yaratdı. Onun qapıya paralel ötürməsinə Bauk azca toxuna bilsəydi, “Zirə” 4-cü qola üzüləcəkdi. Qonaqlar sonuncu və ən real qol fürsətini 1-ci uzatma dəqiqəsində qaçırdı. Nqalandenin zərbəsində dəqiqlik çatmadı. Rəvan Həmzəzadənin final fiti “Zirə”nin 0:3 hesablı məğlubiyyətini rəsmiləşdirdi. Yenilgi son iki turda liderlər qrupunda yer alan komandalardan 4 xal alan, ümumilikdə isə ardıcıl 4 oyunda uduzmayan “Zirə”nin rəhbərliyinə düşünmək üçün xeyli mövzu verdi.
AMAL

Gözdən qaçmadı
* “Qəbələ”nin son turda “Neftçi”dən 4 top buraxması, komandanın ətrafında gəzən söz-söhbət azarkeş sayına da təsir göstərmişdi. Əlverişli havaya, görüşün şənbə günü, uyğun saatda keçirilməsinə baxmayaraq, azarkeşlərin sayı adət etdiyimizdən xeyli az idi.
* Bu qarşılaşma PFL-in aparıcı simalarından sayılan Aslan Şahgəldiyev üçün əlamətdar oldu. Belə ki, Aslan bəy ilk dəfə AFFA nümayəndəsi kimi premyer-liqa oyununa təyinat almışdı.
* Azarkeşlər “Zirə”ni uzaq səfərdə tək qoymamışdılar. Onlar qapıarxası tribunada “Qartallar” yazılan pankart və Cavid Hüseynovun şəklini asmışdılar. Həmin şəkildə Cavidin fırtınalı dənizin şahı olduğu yazılırdı.
* “Zirə”nin zəif oyununda kapitanın da “zəhməti” oldu. Bəlkə də ona doğma olan meydana rəqib komandanın futbolçusu kimi gəlməsi Cavidə psixoloji baxımdan əziyyət verirdi. 63-cü dəqiqədə top cərimə meydançasında qollarını xeyli geniş açan Hüseynovun əlinə dəydi. Amma Rəvan Həmzəzadə penalti olmadığını bildirdi. Ona etiraz edən Rövlan isə buna görə sarı vərəqə ilə cəzalandırıldı.
* 89-cu dəqiqədə Rəvan Həmzəzadə yenidən diqqət mərkəzinə düşdü. Merab Qiqauri topla hərəkətdə olarkən hakimlə toqquşub yerə yıxıldı. Hakim isə çətinliklə olsa da, müvazinətini saxlaya bildi. Daha sonra yerdə qalan gürcünün çiyninə əliylə toxunan Rəvan bununla öz üzrxahlığını bildirdi.

Reaksiyalar
Elmar Baxşıyev: “Bizi çətin oyun gözlədiyini bilirdik. Komandanı da belə qarşılaşmaya hazırlamışdıq. “Zirə” yaxşı futbolçulardan qurulan komandadı. Rəqibin heyətində güclü ifaçılar var. Ona görə ilk dəqiqədən məzmunlu komanda oyunu nümayiş etdirməyə, sona qədər konsentrasiyanı qorumağa çalışdıq. Ümumilikdə futbolçuların oyunundan razı qaldım. Amma çatışmazlıqlar var və biz onları görürük. Çalışırıq ki, hər məşqdə bunun üzərində işləyib aradan qaldıraq. Komandada sabitlik çatmır. Bu da onunla bağlıdı ki, heyət gəncdi, akademiyanın yetirmələrindən qurulub. Amma vaxt ötdükcə bu da aradan qalxacaq. Zamana ehtiyacımız var. Turlar keçdikcə komanda daha məzmunlu oynayır. İbrahima Niasse yeni gəlsə də, öz evinə qayıdıb. Burda yaxşı dönəmini keçirib. Onun bizə qoşulmasını mən rəhbərlikdən xahiş etdim. Bu gün yaxşı oynadı. Amma o daha çox kömək edə biləcək futbolçudu. İnanırıq ki, Niasse daha faydalı olacaq”.
Zaur Həşimov: "Bu komandanı yaxşı tanıyıram. Matçdan əvvəl də demişdim ki, bizi Qəbələyə ağır səfər gözləyir. İbrahim Niaase rəqibin orta sahəsini gücləndirmişdi. "Qəbələ" qələbəni haqq edirdi. "Keşlə" üzərindəki qələbədən sonra bir qədər eyforiya olduğunu hiss edirdim. Məşqlərdə futbolçuların davranışından belə görünürdü. Bilirdim ki, uduza bilərik, xal itkisi mümkündü. Amma hesabın bu qədər böyük olacağını gözləmirdim".

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər