49. Keşlə - Sumqayıt 2:1 (1:0)
1. Stanislav Namaşko - 5,5
4. Slavik Alxasov (k) - 6,0
33. Tərlan Quliyev – 5,5
21. Miyuşko Boyoviç – 5,0
(6. Rəşad Sadiqov, 45) – 5,0
2. İlkin Qırtımov – 5,5
25. Con Kamara – 5,5
7. Tural Bayramlı – 5,5
17. Vüsal İsgəndərli – 5,5
(22. Əfran İsmayılov, 83) – qiymətsiz
11. Ruslan Qurbanov – 5,0
(14. Emin Mehtiyev, 87) – qiymətsiz
3. Cabir Əmirli – 5,0
9. Lorenso Frutos – 5,5
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
18. Ruslan Əmircanov
19. Azər Salahlı
90. Orxan Fərəcov
13. Pərviz Azadov
97. Xəzər Mahmudov
91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Slavik Alxasov

1. Mehdi Cənnətov – 4,0
18. Süleyman Əhmədov – 4,5
(20. Rüfət Abdullazadə, 87) – qiymətsiz
5. Camaləddin Xocaniyazov – 4,0
3. Vurğun Hüseynov (k) – 4,0
4. Şəhriyar Əliyev – 4,0
22. Sərtan Taşqın – 4,0
(11. Elgün Nəbiyev, 70) – 4,0
46. Aleksey İsayev – 4,5
28. Səbuhi Abdullazadə - 4,0
(97. Xəyal Nəcəfov, 46) – 4,5
10. Əmir Ağayev -5,0
8. Peyman Babayi – 4,5
70. Mehdi Şərifi – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
2. Rail Məlikov
7. Ehtiram Şahverdiyev
14. Elvin Bədəlov
50. İlqar Qurbanov
90. Rəhim Sadıxov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əmir Ağayev
Qollar: M.Boyoviç, 16 (1:0, İ.Qırtımov). L.Frutos, 54 (2:0, S.Alxasov). Ə.Ağayev, 66 (2:1, P.Babayi).
Vərəqələr: A.İsayev, 11 (qeyri-idman hərəkəti). T.Bayramlı, 42 (qeyri-idman hərəkəti). M.Cənnətov, 43 (qeyri-idman hərəkəti). C.Kamara, 46 (qeyri-idman hərəkəti). S.Əhmədov, 83 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 85 (qeyri-idman hərəkəti). Ə.İsmayılov, 86 (qeyri-idman hərəkəti). Ə.Ağayev, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Bakı).
30 noyabr. Bayıl. ASCO Arena. 1000 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Nominal meydan sahibləri bir tur öncə “Zirə”yə məğlub olmuşdusa, “kimyaçılar” sürprizə imza ataraq doğma meydanda “Qarabağ”ı yenmişdilər. Bu üzdən şənbə günü keçirilən matça hər komanda fərqli ab-havada hazırlaşmışdı. Oyunu maraqlı edən başqa bir məqam turnir cədvəli ilə bağlı idi. Qonaqlar qələbə qazanacağı təqdirdə meydan sahiblərini qabaqlayaraq 3-cü pilləyə yüksələcəkdilər.
İlk dəqiqələrdən oyunda əsəb mübarizəsi gedirdi desək, yanılmarıq. Hər iki komanda hücum futbolu sərgiləsə də, top əsasən meydanın mərkəzində olurdu. Sürət baxımından “kimyaçılar” paytaxt təmsilçisini üstələsə də, bu üstünlükdən yararlanmaqda çətinlik çəkirdilər. Tərlan Əhmədovun komandası isə daha çox uzun ötürmələr hesabına rəqibin müdafiə xəttini yarmağı düşünürdü ki, bu da onlarda alınırdı. “Sumqayıt”ın mərkəz müdafiəçilərinin ləngliyi, qapıçı Mehdi Cənnətovun “çərçivə”də inamsız oyunu meydan sahiblərinin əl-qolunu açmışdı. Qarşılaşmada hesab 16-cı dəqiqədə açıldı. “Qırmızılar”ın künc zərbəsindən sonra “kimyaçılar”ın müdafiəçiləri topu cərimə meydançasından çıxara bilmədilər. Qırtımov qarşısına düşən topu müdafiəçilərin gözündən yayınan Boyoviçə ötürdü. O isə yaxın məsafədən dəqiq zərbə ilə mövsümdə ilk olunu vurdu. Bəribaşdan onu deyək ki, hissənin sonunda “21 nömrə” bəxtsizliklə üzləşərək zədələndi və oyunu yarımçıq tərk etdi. Onun əvəzinə isə meydana Sadiqov çıxdı.
İkinci yarıya qonaqlar daha fəal başladılar. Rəşadın sürət baxımından ləng olduğunu düşünən qonaqlar hücumları məhz onun oynadığı zonadan, yəni müdafiənin mərkəzindən qurmağa çalışırdılar. Düzdü, Sadiqovun əvvəlki çevikliyi qalmayıb, sürət baxımından da öyünə bilməz. Ancaq məhz təcrübəsi hesabına səhvsiz oynamağa çalışır, soyuqqanlı davranışı ilə komanda yoldaşlarına dəstək verirdi. Qonaqların üstünlüyü şəratində keçən ikinci yarıda hamı tezliklə hesabın bərabərləşəcəyini güman etsə də, Frutos fərqi iki topa çatdırdı. Slavikin müdafiəçilərin arxasına uzun ötürməsinə forvard hamıdan tez yetişərək, 54-cü dəqiqədə mövsümdə 6-cı qolunu vurmaqla bombardirlər yarışında ilk pilləyə yüksəldi. İkinci qolda Vurğunun mövqe səhvinə yol verdiyini vurğulamaq lazımdı. Mehdi isə vaxtında irəli çıxıb zərbə bucağını azalda bilərdi. Lakin qolkiper nədənsə bunu etmədi. Qapısında ikinci qolu görən “ağ-göylər” həvəsdən düşməyərək hücumlarını davam etdirirdilər. 63-ci dəqiqədə Şərifinin başla zərbəsindən sonra “Keşlə”nin köməyinə tir çatdı. 3 dəqiqə sonra isə Əmir meydan sahiblərini məyus etdi. Ağayev Peymanın başla ötürməsini müdafiəçilərin arxasından çıxmaqla dəqiq tamamladı. Qalan dəqiqələrdə “Keşlə” hesabı qorumağa çalışır, qonaqlar isə böyük qüvvə ilə irəli atılıb heç olmasa, bir xal qazanmaq istəyirdilər. Ancaq şənbə günü sumqayıtlılar “Keşlə”nin qapıçısını ikinci dəfə məyus edə bilmədilər və qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşdı.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Öncə rəqibi təbrik edirəm. Oyunun əhəmiyyətli olduğunu bilirdik. "Qarabağ"la matçdan sonra narahat idim. Psixoloji cəhətdən futbolçuları hazırlaya bilmədik. Bəzi oyunçular həmin qələbənin ab-havasında idilər. İkinci hissəni yaxşı oynadıq. Gənc oyunçularımız çoxdu. Komanda yuxarı pillələrdə qərarlaşanda futbolçuların üzərində təzyiq də artır. Çalışacağıq təzyiqdən çıxaq. Qrafikimiz də sıxdı. "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq istəyirik. Məğlubiyyəti hansısa oyunçunun üzərinə atmaq istəmirəm. Futbolçu səhv edə bilər. Bu normaldı. İlboyu eyni tempdə oynamaq ustalıq tələb edir. Biz hələ o səviyyədə deyilik. Rəqibin necə hücum edəcəyini bilirdik. Biz komanda olaraq uduzduq".
Tərlan Əhmədov: “Ötən turda uduzduğumuzdan çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 2-ci yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Yorğunluq var, amma rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu qarşılaşmada əsl mübariz "Keşlə" gördüm. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə iki oyunçu istəyirəm ki, komandada rəqbət olsun, fikirlərimi həyata keçirə bilim. O ki qaldı Azəri yox, Rəşadı müdafiənin mərkəzində oynatmağıma, Salahlı mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündü. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdı. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Qərar verməmişdən öncə də hər şeyi təhlil edirəm. Rəşadın meydanda olması komanda üçün böyük uğur idi. Qarşılaşmadan öncə məni başqa məqam narahat edirdi. Ruslan Qurbanova nəsə olsaydı, onu kimlə əvəzləyəcəkdim? Sezar Meza Kolli cəzalı olduğuna görə oyunu buraxırdı. Qurbanovu əvəzləyə biləcək oyunçumuz yoxdu. Son dəqiqələrdə artıq onun yorulduğunu görüb Emin Mehdiyevlə əvəzlədim. Emin isə tam fərqli mövqeyin oyunçusudu”.

Gözdən qaçmadı
* Matçboyu 4-cü hakimlə “Sumqayıt”ın məşqçilərinin ulduzu heç barışmadı. İkinci hissənin ortalarında qonaqların köməkçi-məşqçisi Elnur Çodarov baş hakimin qərarından narazı qalaraq biranlıq ayağa qalxdı. Bunu görən Fərid Hacıyev yüksək tonla Çodarovun üstünə qışqıraraq yerində oturmasını istədi. 4-cü referi sanki icazəsiz aksiyada hansısa müxalifətçinin üstünə bağırırdı. Ayxan Abbasovun köməkçisi isə etika xatirinə Fəridə cavab qaytarmadı. Ancaq növbəti turlarda da özünü belə aparacağı təqdirdə mütləq kiminləsə əl-qol davasına çıxacaq.
* Əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydan sahiblərinin cərimə meydançasında Şərifi yerdə qalınca, “kimyaçılar”ın fiziki hazırlıq üzrə məşqçisi Edu epizodu penalti kimi dəyərləndirib 4-cü hakimə etriazını bildirdi. Hacıyev bu barədə baş hakimə xəbər verdi. Məsiyev isə ləngimədən ispan mütəxəssisə yaxınlaşaraq, onu sarı vərəqə ilə “mükafatlandırdı”.
* Oyunun ilk hissəsində “ASCO Arena”nın tablosunda vaxt göstərilməsə də, fasilədən sonra texniki nasazlıq aradan qaldırldı.
* Hakim və Hakim-inspektorlar Komitəsinin sədri Frits Ştuxlik, komitə üzvləri Anar Salmanov və Babək Quliyev də oyunu izləyənlər arasında idi.
* Media tribunasında iki nəfər əyləşmişdi ki, ilk baxışdan əcnəbi olduqları sezilirdi. Ehtimalımız bizi yanıltmadı. Hal-əhval tutduqdan sonra məlum oldu ki, Braziliyadan gəliblər. Biri futbolçu, o biri isə menecerdi. Bakıya səfərinin məqsədi barədə açıqlama verən menecer elita klublarına iki gənc braziliyalı oyunçu gətirdiyini dedi. Onlardan biri artıq iki həftədi “Səbail”in düşərgəsində məşq edir. Özü ilə bərabər “Keşlə”nin oyununu izləyən 19 yaşlı gənci isə Tərlan Əhmədova təqdim edəcək. “Korintians”in yetirməsi olan gənc bir müddət Portuqaliyada - “Braqa”nın düşərgəsində də olub.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər