Sizin reklam burada

Nazarov medianın mümkün basqısını nəzərə alıbmış

Baxış Sayı:412


Firuz Abdulla: “Sanki hiss etmişdi ki, bu məsələ söz-söhbətə səbəb olacaq”
Uelslə oyunda zədələndiyi bildirilən və bu üzdən Slovakiya ilə matçı buraxan Dmitri Nazarovun yığmanın Trnavadakı matçından 3 gün sonra şərəfini qoruduğu “Ertsgebirge”də meydana çıxması və qol vurması Azərbaycanda heç də birmənalı qarşılanmadı. Çoxları “milliləşdirilən” yarımmüdafiəçinin bilərəkdən slovaklarla oyuna çıxmadığını düşünür. Əslində belə düşünməyə yetərincə əsas da var. Pula hərisliyi, komanda yoldaşları ilə yola getməməsi ilə ad çıxaran futbolçu necə ola bilər ki, qısa vaxtda zədəsini müalicə etdirdi və Aue təmsilçisinin heyətində 80 dəqiqə mübarizə apardı? Belə çıxır ki, söylənilənlər düzdü. Nazarov Uelslə matçdan sonra Ramil Şeydayevlə mübahisə etdiyinə görə zədəli olduğunu bəhanə edərək seçmə mərhələnin son oyununa çıxmayıb.
Bu qaranlıq məqama ən doğru cavabı millinin ukraynalı həkimi Vyaçeslav Xomenko verə bilərdi. Ancaq onunla danışmaq mümkün olmadı. Belədə məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Əslində ona “Nazarovun zədəli olmasına siz şəxsən inandız” sualını vermək istəyirdik. Firuz bəy bunu duyubmuş kimi bizi qabaqlayaraq, Trnavada yaşananlar barədə özü məlumat verdi: “Nikola Yurçeviçin Slovakiya ilə oyundan öncə keçirilən mətbuat konfransından əvvəl yığmanın məşqi var idi. Komanda meydana çıxanda Nazarov yığmanın həkimi Xomenko və inzibatçısı Zaur Hacı-Məhərəmovla birgə mənə yaxınlaşdı. Və bildirdi ki, yüngül zədəsi var, Slovakiya ilə matçda heyətdə olmayacaq. Onu da əlavə etdi ki, zədəsi o qədər də ciddi deyil, sadəcə, 3 gün bərpa keçməlidi. Dmitri bunu mənə nəyə görə bildirdi? O xahiş etdi ki, baş məşqçi mətbuat konfransında onun oynayıb-oynamayacağı ilə bağlı sualı cavablayarkən hər şeyi olduğu kimi desin. Media nümayəndələrinə bildirsin ki, futbolçunun zədəsi nə yerdədi. Bunu mənə söyləməkdə məqsədi məhz bir neçə gün sonra klubunda oynayacağı ilə bağlı idi. Sanki hiss etmişdi ki, bu məsələ söz-söhbətə səbəb olacaq. Mən də yığma ilə birgə səfərə çıxan jurnalistlərə bu haqda məlumat vermişdim. Deməyim odu ki, Dmitrinin Slovakiya ilə oyun ərəfəsində zədəli olması yalan deyil. Uelslə matçda zədələnmişdi, sadəcə, bu iki oyun arasında vaxt az olduğundan bərpa ola bilməmişdi”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR