Sizin reklam burada

Tura darmadağınlarla yekun vuruldu

Title

Birinci divizionda dünən keçirilən iki oyunla 11-ci tura yekun vurulub. Liderin ən yaxın izləyicisi “Sabah-2” səfərdə darmadağına sevinib. Paytaxt təmsilçisi “Ağsu”nun qapısından dörd cavabsız qol keçirib. Masazırlılar 3 xal qazanmaqla liderlə xal fərqini minimuma endirib. “Turan Tovuz” isə öz meydanında “Qarabağ”ın ikinci komandasına böyük hesabla qalib gəlib – 3:0. Beləliklə, son turlarda uğursuz çıxış edən qərb təmsilçisi inamlı qələbə sayəsində 3-cü yerə yüksəlib.
Birinci divizion
1-ci dövrə, 11-ci tur
22 noyabr
Turan Tovuz – Qarabağ-2 3:0
Elçin Qasımov, 64. İlkin Sadıqov, 85; 89.
Ağsu – Sabah-2 0:4
Bəxtiyar Soltanov, 27; 67. Emil Qasımov, 57. Cavid Nəcizadə, 88.
Turun qalan oyunlarının nəticələri: Kəpəz – Qaradağ Lökbatan 3:0 (Elvin Nəsibov, 37; 87-p. Nodar Məmmədov, 71-p.), MOİK– Səbail-2 0:1 (Mehdi Tahirov, 60), Keşlə-2 – Zirə-2 0:2 (Tapdıq Əhmədov, 34. Rauf Salamov, 39), Sumqayıt-2 – Zaqatala 1:3 (Elnur Cəfərov, 34 - Bəhruz Teymurov, 46. Famil Camalov, 61. Maqsud Ələkbərov, 68).
1. Səbail-2 10 7 2 1 22-8 23
2. Sabah-2 11 7 1 3 17-9 22
3. Turan Tovuz 10 7 0 3 20-12 21
4. Zaqatala 10 6 1 3 14-8 19
5. Kəpəz 11 5 3 3 14-11 18
6. Keşlə-2 10 4 3 3 16-12 15
7. Neftçi-2 10 4 2 4 13-10 14
8. Sumqayıt-2 9 4 2 3 10-11 14
9. Qarabağ-2 10 4 0 6 21-16 12
10. Ağsu 10 3 1 6 11-22 10
11. MOİK 10 2 3 5 12-17 9
12. Zirə-2 10 2 1 7 11-25 7
13. Qaradağ Lökbatan 10 1 1 8 5-23 4
Bombardirlər: Musa Qurbanlı (Qarabağ-2) - 9, Elmir Rəhimzadə (Keşlə-2) - 8, Vidadi Cəfərov (Səbail-2) - 6.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.