Matç başa çatandan sonra ənənəyə uyğun olaraq, əvvəlcə qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına qatıldı. Komandası məğlub olsa da, təmkinli görünən mütəxəssis oyunla bağlı fikirlərini söyləyəndən sonar sualları cavabladı.
- Ayxan Abbasovu təbrik etmək istəyirəm. Son vaxtlar komandası layiqli oyun göstərir, uğurlu nəticələr qazanır. Açığı, baş məşqçi olaraq məğlubiyyəti gözləyirdim. Çünki bu nə vaxtsa olmalıydı. Təbii ki, bu gözləntini futbolçulara bildirmirdim. İndi oyunçuların üzərinə getməyəcəm. "Sumqayıt"a uğurlar arzulayıarm
- Demək olar ki, komandanın fikri Sevilyada idi? İkinci hissəyə rahat çıxmışdız...
- Deməzdim ki, belədi. Həqiqətən iki fərlqi hissə oldu. Qola qədər çox top itkimiz oldu. Çox sadə vəziyyətlərdə inamsız oynayaraq qapımızda qol gördük. Belə hallarda daha soyuqqanlı olmalıyıq. Məğlubiyyəti qəbul edirəm. Son vaxtlar heyəti tam formalaşdıra bilmirəm. Bu daha çox zədəlilərlə bağlı idi. Belə şeylərə də hazır olmalıyıq. Hamımzı qələbə üçün çox istəkliydik, çünki ikinci dövrədə cəmi bir qələbəmiz var.
- Son 4 oyunda narahatlıq doğuran məqam “Qarabağ"ın məhsuldarlığının aşağı düməsidi. Bu nə ilə bağlıdı?
- Son vaxtlar hücumçularımız zədədən əziyyət çəkirlər. Bu üzdən irəlidə potensialımız aşağı düşmüşdü. Şükür Allaha, artıq hücumçularımız qayıdırlar. Romeronu ona görə dəyişdim ki, zədədən yeni dönüb, risk etmək istəmədim. Danini də meydana buraxa bilərdim, ancaq ona görə də riskə getmədim. Futbolçuları qarşıdakı oyunlara saxlamaq istədim.
- İspaniyaya səfər ərəfəsində belə məğlubiyyət kollektivə psixoloji təsir edəcək? Bunu aradan qaldırmaq üçün baş məşqçi olaraq nə edəsəksiz?
- Hər məğlubiyyət istər-istəməz futbolçulara təsir edir. Bu təsir bir neçə gün davam edir. Qarşıdakı iki gündə düzgün addım atmalıyıq. Peşəkarıq və oyundan sonra fikirlərimi futbolçulara bildirdim. Soyuqanlı olmalı, məğlubiyyəti tez bir zamanda yaddan çıxarmalıyq. Böyük komandayıqsa, belə məğlubiyyətləri tez unutmalıyıq. Hər matç bizim üçün önəmlidi. Xüsusilə də Avropada.
- Musa birinci divizionun bombardiri olsa da, hələ ki onu meydana buraxmırsız. Ona inanmırsız?
- Hazırda düşərgəmizdə xeyli sayda gənc futbolçu var. Onlar da artıq uzun müddətdi əsas komanda ilə birgə məşq edirlər. Turalı, Hacıağanı, İsmayılı qeyd edə bilərəm. Məncə, hər kəsin öz vaxtı var. İnşallah, onlara da növbə çatacaq."Qarabağ"da oynamaq elə də asan deyil. Onlar daha çox çalışmalıdılar.
- Beqoviçi nə vaxt ehtiyatda saxlayıb digər qapıçılara da şans verəcəksiz?
- Olacaq bu rotasiya. Qarşıdakı oyunlarda baxacacağıq. Hətta bu gün belə düşüncə vardı. Bu da legioner limitinə görə idi. Açığı, Abbas Hüseynov 3 gün əvvəl oynamışdı, ona görə narahat idim. Gördüm ki, istəklidi, buna görə də meydana buraxdım.
Ayxan Abbasov da əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü: - Bu gün şəhərimizdə bayram idi. Biz də istəyirdik ki, komanda olaraq 70 illiyə hədiyyə edək. Çətin rəqiblə qarşılaşsaq da, komanda vəzifəsinin öhdəsindən gəldi. Əlbəttə, liderə qarşı oynayırdıq. Həftəboyu futbolçularda istəyi, inamı görürdük. Hətta fasilədə onlara dedim ki, uduzsaq da, layiqli oyun nümayiş etdirmək lazımdı. Futbolçuların “artırması” üçün belə oyunlar vacibdi. İkinci hissədə “artırdıq” və layiqli qələbə qazandıq. Bundan sonra daha çətin olacaq, çünki sıx qrafikə giririk.
- Son 3 oyunda hesabda geri düşməyinizə baxmayaraq, geridönüş etməyi bacarırsız. Bu komandanın xarakteriylə bağlıdı, yoxsa fiziki hazırlığın istənilən səviyyədə olmasıyla?
- Fiziki hazırlıq bütün klublarımızda yuxarı-aşağı eynidi.Hər matçdan sonra statistikaya baxaraq bunu görürük. Əsas psixoloji hazırlıqdı. Ötən mövsüm bir çox qarşılaşmalarda hesabda irəli olsaq da, sonda uduzmuşuq. İndisə hər şey istədiyimiz kimi alınır ki, bu da bizi sevindirir.
- "Qarabağ" kimi komandanın müdafiəsində boşluq tapmaq çətindi. Bu gün rəqib sizə nədə uduzdu?
- Fasilədən dərhal sonra bir əvəzləmə etdik. İlk yarıda mərkəzdə aqressivlik çatmırdı. Sistemimizi də dəyişdik, Əmir Ağayev gizli hücumçu oldu. Rəqibin top itkilərindən maksimum yararlandıq. Sevinirik ki, futbolçular işlədiklərimizi meydanda göstərə bildilər.
- Peyman son oyunlarda qol vurur, ancaq qeyri-sabit çıxış edir. Əvvəlki iki matçda fərqlənmək üçün çox şansı olsa da, birindən güclə yararlanıb. Bu gün isə iki imkan oldu və hər ikisini qola çevirdi. Bunun bir izahı var?
- Peyman “Sumqayıt”a gələndən dəyişib. Onda perspektivi görüb dəvət etmişik. Bu gün taktiki baxımdan düz oynayır. O, 5 qolla bombardirlər siyahısındadı. İki futbolçumuzun siyahıda olması bizi sevindirir. Görünür, Babayi uyğunlaşma müddətini başa vurub.