Sizin reklam burada

Nazim Süleymanov və tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi

Baxış Sayı:499


AFFA tərəfindən rəsmən tanınmayan, hələ ki rəsmi dövlət qeydiyyatından keçməyən Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı assosiasiya prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Həmin məktubun məzmununə təqdim edirik. Məktubun əvvəlində AFFA rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoyması barədə məlumat verilib, ondan AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazımi şərait yaratması xahiş olunub. İttifaq üzvləri Abdullayevə təşkilatın hansı zərurətdən yarandığı, ad seçimində nəyə əsaslandıqlarına aydınlıq gətiriblər. Ardınca isə bunları qeyd ediblər: “Bu il sentyabrın 11-də Azərbaycanın futbol ictimayyətinin nümayəndələrinin bir qrupu rəsmi olaraq konfrans keçirərək AFFA Həmkarlar Təşkilatını yaratdılar. Təşkilata sədr tanınmış futbol veteranı Nazim Süleymanovu seçdilər. Məhz bundan sonra təşkilatımıza qarşı düşünülmüş şəkildə təzyiqlər, qaralama kampaniyaları və təhqirlər başlandı. Və acınacaqlısı da odu ki, bunları həyata keçirən bəzi futbol veteranları, daha doğrusu, Azərbaycan Futbol Veteranları birliyinin sədri Oqtay Abdullayevin başçılığı ilə bir qrup şəxsdi. Oqtay Abdullayev rəhbəri olduğu qurumu doğru idarə etməkdənsə, veteranlarımızın qeydinə qalmaqdansa, illərdi federasiyanın büdcəsindən ayrılan yüzminlərlə vəsaiti onların problemlərinə yönəltməkdənsə, digər veteran futbolçuları bizim üzərimizə qaldırmaqla məşğuldu. Dəhşətlisi odu ki, bu şəxs və şəxslər hər yerdə AFFA-nın baş katibi Elxan Məmmədova arxalandıqlarını və onun təlimatlarını icra etdiklərini bildirirlər”.
Məktubun sonunda isə yeni yaranan ittifaqın üzvləri Rövnəq bəyə baş katibdən şikayət etməklə yanaşı, AFFA-nın inzibati binasında onlara yer ayrılmasında yardımçı olmağı xahiş ediblər: “Baş katibdən söz düşmüşkən, nəzərinizə çatdırmaq istəyirik ki, 12 nəfərlik təşəbbüs qrupunu AFFA-nın inzibati binasında qəbul edəndə bizimlə çox səmimi danışaraq, fikir və ideyamızı bəyəndiyini və bu yöndə hər cür yardımı göstərməyə hazır olduğunu rəsmən bəyan etmişdi. Buna sevinsək də, sevincimiz uzun sürmədi və konfransdan sonra AFFA bəyanat yayaraq bizim qurumu tanımadığını bildirdi. Və ən acınacaqlı o oldu ki, təşkilata üzv olanların federasiyaya və ümumiyyətlə, futbola heç bir aidiyyatı olmadığını bildirdilər. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Asəf Namazov, Novruz Əzimov, Əfqan Talıbov, Babək Alxasov, Boris Xetaqurov, Naib Abdulla, Əfqan Həmzəyev, Orucəli Durmuşov və futbola həyatlarını vermiş bir çox başqalarının belə münasibətə layiq olmadıqlarını və onların məhz Azərbaycan futbolunda böyük xidmətlərinin olduğunu deməliyik. Sıralarımız durmadan artır.
Hörmətli Rövnəq müəllim, ümidvarıq ki, tutduğumuz bu yolda siz bizə dəstək olacaqsız. Bizi AFFA-nın həqiqi üzvü kimi tanıyacaq və dəstəyinizi əsirgəməyəcəksiz. Xahişimiz odu ki, assosiasiyanın inzibati binasında bizə yer ayrılsın. Tam gücümüzlə işləməyimizə şərait yaradılsın”.
Sonda mürüaciət edənlər yardım edəcəyi təqdirdə AFFA prezidentini dəstəkləyəcəklərini, daim yanında olacaqlarını, futbolun inkişafına layiqli xidmət edəcəklərini vurğulayıblar.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR