
Aktual
566
20.11.2019, 08:33
AFFA “Milli dəstə”ni qəzəbləndirib
Yığmanın oyunu ilə yanaşı, azarkeşləri narazı salan başqa məqamlar da var. Adətən, səfər oyunlarında yığmaya və klublara dəstək verən “Milli dəstə” azarkeş qrupunun rəhbəri Şamil Mustafayev “feysbuk” səhifəsində Uelslə oyunla bağlı status paylaşıb: "Uels (səfər) azarkeşlərinə UEFA qaydalarından (5%) artıq bilet ayıran və onlara ən yaxşı sektoru verən şəxs vətən xainidi! Sözü olan nömrəmi bilir, zəng eləsin. 2-ci mərtəbədən sektor vermək olmazdı? UEFA qaydalarına əsasən 550 oturacaq veriləcəyi halda 1000 oturacaq verməliydiz? Bizə hər cür əziyyət verən, sektorumuzu dəyişən, qanunsuz olaraq barabana son ana qədər icazə verməyən Uelsə belə qonaqpərvərlik göstərmək kimin fikri idi, AFFA?"