Sizin reklam burada

Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi

Baxış Sayı:359


Qadınlardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib. Noyabrın 10-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova ilə qarşılaşan Siyasət Əsgərovun komandası 1:3 hesabı ilə uduzub. Yığmanın yeganə qolunu 39-cu dəqiqədə Alina Dorofeyeva vurub. Rəqibin heyətində isə Karolina Tabur (24) və iki dəfə penaltidən qapıçı Natalya Muntyanu (50; 62) fərqlənib. Oyunun baş hakimi Katalin Sipos (Macarıstan) 4 futbolçunu meydandan qovub. Moldovadan Dmitrita Prisaçari (38) və İrina Topal (77), təmsilçilərimizdən isə Vüsalə Seyfəddinova (74) ilə Vüsalə Hacıyeva (90+1) oyunu başa vura bilməyib.
Qeyd edək ki, ilk iki oyunda İspaniya və Çexiyaya 0:4 hesabı ilə uduzan yığmamız qrup sonuncusudu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR