“Əsas məqsəd idmançıları yasaq preparatlardan uzaq tutmaqdı”
Bazar günü DTX-nın mədəniyyət mərkəzində qələbəlik hökm sürürdü. Gənclər, yaşlılar, xanımlar, bəylər tək-tək, bəzən isə ailəvi şəkildə adını çəkdiyimiz məkana gəlirdilər. Onları bura toplayan isə natural bodibildinq və fitnes üzrə “İNBA Azərbaycan”ın təşkil etdiyi ölkə çempionatı idi.
Saat 15.00-da başlayan yarışın əvvəlində yeni yaranan federasiyanın prezidenti Elnur Şıxəliyev səhnəyə çıxaraq qonaqları salamladı və rəhbərlik etdiyi qurum barədə məlumat verdi. Dövlət himninin səslənməsindən sonra tədbirin aparıcısı hakimləri yarış iştirakçılarına təqdim etdi. “Dan ulduzu” rəqs qrupunun çıxışı ilə bədii hissə başa çatdı və yarışa start verildi. Biz isə həmin an fürsətdən istifadə edib federasiya prezidentinə yaxınlaşdıq, bizim üçün yeni olan qurumla bağlı məlumat topladıq, gələcək fəliyyəti ilə maraqlandıq.
- Öncə yarış barədə ətraflı məlumat verməyinizi istərdik.
- Bugünkü yarış “İNBA Qlobal Azərbaycan” birliyinin təşkilatçılığı ilə natural bodibildinq və fitnes üzrə keçirilir. Məqsədimiz dövlətimizin uğurlu idman və antidopinq siyasətini dəstəkləməkdi. Uşaq və yeniyetmələri, eləcə də gəncləri yasaq dərman preparatlarından uzaq tutmaq və ölkəmizdə idmançılar arasında sağlam rəqabəti təmin etmək istəyirik. Düşünürük ki, gələcəkdə də böyük uğurlar əldə edəcəyik.
- Yarış neçə yaş qrupunda keçirilir?
- Bu gün əsas “Kids Fitnes” deyilən kateqoriyada yarış keçiriləcək. Olduqca önəmli kateqoriyadı. Sual verə bilərsiz ki, nəyə görə? Biz çalışırıq ki, məhz bu yaşdan sağlam rəqabəti təmin edək. Bu kateqoriyada 6-13 yaş aralığında uşaqlar çıxış edir. Qeyd etdiyim yaş qrupunda da əsasən uşaqların performansı qiymətləndirilir. Yəni onların gimnastik hərəkətləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərə diplomlar və medallar təqdim olunacaq.
- İştirakçılar yalnız Bakını təmsil edir, yoxsa bölgələrdən də turnirə qatılanlar var?
- Paytaxtla yanaşı, müxtəlif rayonlardan da idmançılar yarışa qatılıblar.
- Yəqin ki, ilk dəfə keçirilən yarış həm də yığmanın formalaşmasına xidmət edir.
- Bəli. Bu yaxınlarda idmançılarımız natural bodibildinq üzrə Avropa çempionatında iştirak etdilər. Çox sevindirici haldı ki, yeni yaranan federasiya olmağımıza baxmayaraq, idmançılarımız qitə çempionatında ölkəmizi layiqincə təmsil etdilər. İki təmsilçimiz 2-4-cü yeri tutdular. Və bununla da dünya çempionatına vəsiqə qazandılar. Bundan başqa, çalışacağıq ki, gələcəkdə ölkəmizdə bu növdə beynəlxalq “Qran-pri”lər, Avropa və dünya çempionatları təşkil edək. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bütün layihələri reallaşdırmağı düşünürük.
- Bu gün artıq final mərhələsidi. Podiuma çıxan idmançılar seçim turlarında iştirak ediblər, yoxsa birbaşa final mərhələsinə qatılıblar?
- Təşkilatımız cəmi üç aydı yaranıb. Yeni qurum olmağımıza baxmayaraq, çox sevindirici haldı ki, bu gün beynəlxalq səviyyədə bir yarış təşkil etmişik. Hələ ki bölgələrdə seçim turları olmayıb. Ancaq bu barədə düşünürük. Ümid edirəm ki, növbəti yarışlarda final mərhələsindən öncə bölgələrdə də seçimlər olacaq. Çalışırıq ki, Bakı ilə yanaşı, rayonlarda da natural bodibildinq və fitnesi inkişaf etdirək. Federasiyamızın nümayəndəliklərinin olmasına çalışırıq. İnanıram ki, Gənclər və İdman Nazirliyinin, AMADA-nın dəstəyi ilə gənclərimizi sağlam idmana cəlb etməyi bacaracağıq. Əsas məqsəd idmançıları yasaq preparatlardan uzaq tutmaqdı.
- Bodibilnqi hardasa ağır atletikaya yaxın idman növü kimi qəbul etmək olar. Hər halda, hər iki sahədə idmançılar ağır ştanq və başqa idman ləvazimatlarından istifadə edirlər. Son illər ağır atletlərimiz tez-tez dopinqdə “ilişirlər”. Hətta ağır atletika ilə məşğul olanların fikrincə, yasaq preparatlardan istifadə olunmasa, bu idman növündə nəticə qazanmaq qeyri-mümkündü. Bəs natural bodibildinqdə necə?
- Dərmansız, əlavə lazımsız preparatlar olmadan da uğur qazanmağın mümkünlüyünü Avropa çempionatında çıxış edən idmançılarımız göstərdi. Qitə çempionatına yollananların hamısı yarışdan öncə WADA-nın yoxlamasından keçdilər. Onlardan götürülən nümunələr göstərdi ki, təmsilçilərimiz “qara siyahı”da olan preparatlardan yararlanmayıblar.
- Bu gün yarışda ümumilikdə neçə idmançı iştirak edir?
- Ümumilikdə 8 kateqoriyada 70-ə yaxın atlet yarışa qatılıb. “Kids Fitnes”, “Mens Bodibildinq”, “Klassik Bodibildinq”, “Mens Atletic” və “Mens Fizik Ateltic”də uşaqlar əsas mükafat uğrunda mübarizə aparacaq. Bundan başqa, həm “Kids Fitness”də, həm də “Mens Fizik”də mütləq çempion müəyyənləşəcək.
- Adətən, Azərbaycanda qeyri-olimpiya idman növlərinə sponsor tapmaq çətin olur. Bu yöndə sizdə vəziyyət necədi?
- Bizə ən böyük dəstək dövlətimiz tərəfindəndi. Fürsətdən istifadə edib Gənclər və İdman Nazirliyinin rəhbərliyinə, AMADA-ya təşəkkür etmək istəyirəm. Dövlət bizə belə dəstək verirsə, düşünürük ki, gələcəkdə müxtəlif şirkət və holdinqlər də yanımızda olmaq istəyəcək. Açıq deyim, bu gün də bizimlə əməkdaşlıq etmək istəyən şirkətlər var. Fikrimcə, gələcəkdə onların sayı daha çox olacaq. Bu dəstəyin qarşılığında çalışacağıq bu idman növünü Azərbaycanda daha da inkişaf etdirək və beynəlxalq arenalarda bayrağımızı ucaldıb, himnimizi səsləndirək.
- Bakıdan kənarda, bölgələrdə, başqa iri şəhər və qəsəbələrdə bu idman növünü inkişaf etdirmək üçün federasiyanın kadr problemi yoxdu ki?
- Çox güclü mütəxəssislərimiz var. “Kids Fitnes” kateqoriyasında gözəl xoreoqrafiya məşqçilərimiz var. Bodibilnq və fitnes sahəsində də məşqçilərimiz kifayət qədərdi. Biz xanımları da unutmamışıq. Xanım məşqçilərimiz də zərif cinsin nümayəndələri ilə məşğul olurlar. Əl-ələ verib federasiyanı inkişaf etdirməyi düşünürük.
RƏŞAD

Son xəbərlər

Bugün Çempionlar Liqasında 8 oyun keçiriləcək

Eşli Yanq komandada qaldı

"Mançester Yunayted" Ronaldonu satmaq üçün bu şərti qoydu

İsrail klubunun futbolçusu Azərbaycanda

PSJ yeni hücumçu transfer edir

"Polşaya qayıda bildiyimə görə sevindim" - Marko Veşoviç

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Bütün xəbərlər