Sizin reklam burada

Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək

Title

“Qəbələ” ilə “Zirə” məşqlərini orda davam etdirəcək
Vaxtilə “Bakı”nın rəhbəri Hafiz Məmmədovun inşa etdirdiyi, lakin sonradan məhkəmə prosesində “Delfin” MMC-yə uduzduğu Biləcəridəki təlim-məşq bazasının başının üstünü qara buludların almasından xəbərdarsız. “Bakı”nın dağılmasından, klubun nəzdindəki akademiyanın yox olmasından sonra premyer-liqa və aşağı liqa təmsilçiləri bazadakı meydanlardan məşq üçün istifadə edirdi. Konkretləşdirsək, “Qəbələ” ilə “Zirə” artıq xeyli vaxtdı ordakı qazonlardan yararlanır.
Lakin bu yaxınlarda hər iki klubun rəsmilərinə noyabrın 1-nə qədər özlərinə yeni məşq məkanı tapmaq məsləhət görülmüşdü. Səbəb kimi isə bazanın gələcəyinin qeyri-müəyyənliyi göstərilmişdi. Ötən saylarımızın birində məsələ ilə bağlı yazmış, bazaya nəzarət edən Vaqif Heydərlinin fikirlərinə yer vermişdik. Vaqif bəy deməyə konkret söz tapmadığı üçün bir neçə gün səbr etməyi xahiş etmişdi.
Heydərli ilə dünən yenidən əlaqə saxlayıb, məsələnin nə yerdə olduğunu soruşduq. Bazaya cavabdeh olan şəxs bir qədər də gözləməyi tövsiyyə edincə, klublardakı əlaqə vasitələrimizi işə saldıq. Məlum oldu ki, həm “Qəbələ”, həm də “Zirə” üçün azı bu ilin sonuna qədər Biləcəridəki bazanın qapılarını döymək problem olmayacaq. Buna səbəb isə bazanın taleyinin bu ilin sonunda həll olunacağıdı.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.