Sizin reklam burada

Əl-Tamari ilə Joazinyo bağışlandı

Baxış Sayı:740


Tomas de Visenti bu dəfə də oynamayacaq
Ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la üz-üzə gələn APOEL üç aparıcı futbolçunun xidmətindən məhrum idi. Tomas de Visenti uzun müddətə sıradan çıxdığına, Joazinyo ilə Musa Əl-Tamari isə daxili intizam qaydalarını pozduğuna görə meydana çıxa bilmədi.
Həmin futbolçulardan ikisi noyabrın 7-də təmsilçimizə qarşı oynaya bilər. Belə ki, Bakıdakı qarşılaşmadan əvvəl adı start “11-liy”ində olmadığına görə baş məşqçi Tomas Dolla kəskin etirazını bildirən, oyun günü səhər iclasına qatılmayan Əl-Tamari bağışlanıb. İordaniya millisinin üzvü oktyabrın 28-də “Nea Salamis”ə qarşı baş tutan çempionat görüşündə meydana çıxıb. “11 nömrə” ikinci hissənin əvvəlində Alefin əvəzinə mübarizəyə qoşulub. Düzdü, Joazinyonun adı bu qarşılaşmanın iştirak ərizəsində olmayıb. Lakin “philanews” saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi də bağışlanıb və əsas komandanın məşqlərinə qoşulub. Bu isə o deməkdi ki, “Qarabağ”a qarşı mübarizə aparmasında problem yoxdu.
Tomas de Visentiyə gəlincə, argentinalı yarımmüdafiəçi hələ də zədəsini sağaltmaqla məşğuldu. Komandanın sıralarına nə vaxt qayıdacağı bilinməsə də, ağdamlılara qarşı oynamayacağı dəqiqdi.
Maraq üçün qeyd edək ki, APOEL Avroliqanın qrupunda 3 oyundan sonra cəmi 1 xal toplamaqla sonuncu pillədə qərarlaşsa da, Cənubi Kipr çempionatında “qan edir”. Nikosiyalılar 4 oyundan maksimum xal toplamaqla turnir cədvəlində 6 görüşdə hesabına 14 xal yazan lider “Anortosis”dən cəmi 2 xal geri qalmaqla 2-ci sırada yer almaqdadı. Dollun yetirmələri şənbə günü avrokuboklara iddia edən Larnaka AEK-i ilə doğma azarkeşləri önündə münasibətləri aydınlaşdıracaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR