Sizin reklam burada

“Sanderlend” Bəhlul Mustafazadəyə “elçi düşüb”

Baxış Sayı:461


İngiltərə və Almaniya elitasından da maraqlananlar var
Son vaxtlar yığmanın heyətində inamlı çıxışı ilə diqqətləri üzərinə çəkən Bəhlul Mustafazadənin yaxın zamanlarda legioner həyatı yaşayacağına dair xəbərlər səngimək bilmir. Yayda Şotlandiya nəhəngi, bu ölkənin ən titullu klubu olan “Seltik”in mərkəz müdafiəçisini heyətində görmək istədiyi haqda söhbət gəzirdisə, bu dəfə İngiltərə klubunun adı hallanır.
“Azerisport”un yaydığı xəbərə görə, hazırda premyer-liqa və çempionşipdən sonra 3-cü liqa sayılan çempionatda mübarizə aparan Sanderlendin eyniadlı komandası Bəhlulun xidmətində maraqlıdı. Daha doğrusu, baş məşqçi Fil Parkinson azərbaycanlı futbolçunu sərəncamında görmək istəyir. Deyilənə görə, İngiltərə təmsilçisi məsələ ilə bağlı ilk addımları atıb.
Lakin Bəhlulun buna necə yanaşacağı bilinmir. 22 yaşlı futbolçunu heyətində görmək istəyənlərin sırasında İngiltərə və Almaniya kimi ölkələrin yüksək dəstə təmsilçilərinin də olduğunu nəzərə alsaq, “Sanderlend”ə “hə” deyəcəyi inandırıcı görünmür. İstənilən halda, Mustafazadə azı qışa qədər “Sabah”ın uğurları üçün tər tökməlidi.
Qeyd edək ki, “Sanderlend”in heyətində Hollandiyada doğulmuş, əslən türk olan Alim Öztürk çıxış edir. Mərkəz müdafiəçisi olan 27 yaşlı futbolçu vaxtilə Türkiyənin U-21 millisinin şərəfini qoruyub.
Məsələ ilə bağlı danışan Bəhlul Mustafazadə rəsmi təklif almadığından münasibət bildirməyi məqsədəuyğun saymayıb. Buna rəğmən, əsas məqsədinin karyerasını ölkə xaricində davam etdirmək olduğunu bildirərək, bunun üçün əlindən gələni edəcəyini vurğulayıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR