Sizin reklam burada

Fiaskoya uğrayan baş məşqçinin bəhanəsi tükənmir

Baxış Sayı:404

Fiaskoya uğrayan baş məşqçinin bəhanəsi tükənmir
Uzun və yorucu səfər, soyuq, yağış, külək...
Qızlardan ibarət U-17 millimiz Avropa çempionatının seçmə mərhələsində fiasko ilə üzləşdi. Təmsilçimiz Farer adalarında keçirilən hər 3 görüşdə məğlub oldu. Sloveniya, Farer adaları və Norveçlə bir qrupda yer alan yığma üç oyunda qapısında 12 qol görüb, 1 top belə vura bilmədi. Biabırçılığın səbəblərini öyrənmək üçün baş məşqçi Zamir Həsənovla əlaqə saxladıq: “Farer adalarının Torşavn şəhərinə uzun və yorucu səfər bir yana, hava şəraiti də münasib deyildi. Soyuq, yağış, küləkli hava... Oyundan öncə etdiyimiz son məşq leysan altında baş tutdu. Artıq birinci məşqdən sonra bir neçə əsas futbolçumuz xəstələnmişdi. Sloveniyaya qarşı ilk oyunun taleyi birinci hissədə özümüzün və hakimin səhvləri nəticəsində həll olundu. İki qırmızı vərəqədən sonra oyunu dəyişmək çox çətin idi. Həm də bəzi futbolçularımızın özünü pis hiss etməsi işimizə əngəl törətdi. Onları başqaları ilə əvəz edə bilməməyimizin səbəbi əlimizdə keyfiyyətli futbolçuların az olmasıdı. İkinci oyun Norveçə qarşı idi. Onların qadın futbolundakı hegemonluğu hamıya məlumdu. Biz belə komandalara qarşı yalnız əzmkar mübarizə apara bilərik. Bu da təbii ki, bir yerə qədər kömək olur, yenə də keyfiyyət hər şeyi həll edir. Farer adalarına məğlubiyyətə gəlincə, sanki həmin gün şans bizdən üz döndərmişdi. Bu, bəlkə də bəhanə sayılacaq. Ancaq həmin oyunda yetərincə qol imkanımızın olmasına baxmayaraq, nəticə qazana bilmədik. Təəssüf ki, əks-hücumların birində rəqib bizi cəzalandırdı. Əks-hücumda yaxalanmağımıza səbəb isə irəli atilmağımızdan, qalib gəlmək istəyimizdən qaynaqlanır. Bu rəqibə mayda Belarusda keçirilən İnkişaf turnirində 2:0 hesabıyla qalib gəlmişdik. Təəssüf ki, bu dəfə alınmadı”.
HƏSƏN QULUZADƏ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR