Sizin reklam burada

Əfran İsmayılovdan siyasi açıqlama

Baxış Sayı:481


“İslam dinində mitinq yoxdu”
Bildiniz kimi, ötən şənbə Milli Şuranın metronun “28 May” stansiyası yaxınlığında Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirmək istəyi etirazçıların polislə toqquşmasına, kütləvi həbslərə, eləcə də AXCP-nin sədri Əli Kərimlinin döyülməsinə səbəb olub. Futbol ictimaiyyəti, adətən, siyasətlə bağlı məsələlərdən yan keçsə də, Əfran İsmayılov olaya özünəməxsus şəkildə münasibət bildirib. “Keşlə”nin oyunçusu “instaqram” hesabında “Mitinqlərə yox!” şüarının altında belə yazıb: “Alləmə İbn Useymin rahiməhullah belə demişdir: “Mənə çevrilişlərdən (inqilablardan) hər hansısa bir çevriliş gətir ki, onda insanların halı əvvəlkindən daha yaxşı olsun?! Bacararsan?! Xeyr, hec vaxt bacarmazsan”. İslam dinində mitinq yoxdu”.
Təbii ki, belə açıqlama yiyəsinin elə növbəti parlament seçkisində namizədliyini irəli sürəcəyini, topu mandata dəyişəcəyini güman edirik...
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR