Sizin reklam burada

PFL prezidenti “Futbol+”i təbrik etdi

Baxış Sayı:385


Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Futbol+”in baş redaktoru Mahir Rüstəmliyə təbrik məktubu göndərib: “Hörmətli Mahir müəllim. Sizi “Futbol+” qəzetinin 22 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram. Müstəqil Azərbaycan idman mətbuatının keçdiyi yolu xarakterizə edərkən ağla gələn ilk qəzet “Futbol+”di. Futbolumuzun ən çətin dövlərindən bu günə kimi gördüyümüz işlər təqdirəlayiqdi. Danılmaz faktdı ki, yarandığınız ilk vaxtdan qəzetiniz ölkə idmanında məktəb rolunu oynayıb. Bu gün ölkə idmanında fəaliyyət göstərən mətbuat nümayəndələrinin, televiziya və radio işçilərinin, klub funksionerlərinin, menecerlərin əksəriyyəti “Futbol+”də “təhsil alıb”. Təəssüf ki, son aylar fəaliyyətinizdə müəyyən problemlər meydana gəlib. Amma unutmayaq ki, hər sahədə çətinliklər olur. Ürəkdən inanırıq ki, 22 ildə olduğu kimi, müstəqil idman qəzeti olaraq bütün çətinliklərin öhdəsindən gəlməyi bacaracaqsız. Qəzetin yaşaması uğrunda mübarizə aparan fədakar əməkdaşlarınızı Peşəkar Futbol Liqası adından təbrik edir və uzun illər fəaliyyət göstərməyinizi arzulayıram”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR