Sizin reklam burada

AFFA “Ağsu”nun iki futbolçusunu cəzalandırdı

Title
AFFA “Ağsu”nun iki futbolçusunu cəzalandırdı
AFFA-nın danışılmış oyunlara qarşı apardığı mübarizə çərçivəsində birinci divizionda keçirilən oyunlar müntəzəm izlənilirr. “Ağsu”nun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla bağlı AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşib. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətinə qadağa qoyulur. AFFA məsələ ilə bağlı müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.